Məhkəmə qərarları › İş №8(011)-896/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-896/2025

09.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-896/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2817/2024 saylı 01 avqust 2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə X1nun ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2817/2024 saylı 01 avqust 2024-cü il tarixli icra sənədi üzrə üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin verdiyi icra vərəqəsinin icrasının dayandırılmasını, Rahib və Rüfətin mütəşəkkil dəstə şəklində qanunsuz hərəkətləri, müqavilənin əsli üzərində manipulyasiya və mənzilin vicdanlı alıcıya satılması faktının yeni hallar kimi nəzərə alınaraq işə yenidən baxılması üçün təqdimat verilməsini, icra prosesi nəticəsində X2 və vicdanlı alıcının konstitusion hüquqlarının pozulmasının qarşısının alınmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2021-ci ildə X5 ilə "xxxx" MMC arasında alqı- satqı müqaviləsi bağlanmışdır (№083003, xx.xx.2021). Mənzil Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən binanın 20-ci mərtəbəsində yerləşən, sahəsi 181 kv.m olan 3 otaqlı mənzil olmuşdur. İlkin mərhələdə Vüsal (**********) adlı şəxs X3 Rahib adlı şəxslə tanış etmişdir. Rahib (+994 51 688 88 88) X5 ilə danışıqlar aparmış, lakin müqaviləni Tələbkar (**********) adına rəsmiləşdirməyi təşkil etmişdir. Müqavilənin əsli X4 qaytarılmamış, əksinə Rahib tərəfindən saxlanılaraq Rüfətin adına mənzilin qanunsuz keçirilməsi üçün istifadə edilmişdir. Hazırda Rüfət ödənişi guya Rahibə etdiyini bildirir. Xətai RPİ-də aparılan araşdırmada isə Rahib izahatında əməli etiraf etmiş, hətta Rüfətə 450.000 manat borclu olduğunu demişdir. Şamil Omarov isə müqavilədə nəzərdə tutulmuş bəndə əsaslanaraq müqaviləni birtərəfli qaydada ləğv etmiş və sonradan mənzili vicdanlı alıcıya satmışdır. Bu satış tam qanuni qaydada baş tutmuşdur və vicdanlı alıcının hüquqları qorunmalıdır. Əlavə olaraq, müqavilənin ləğvindən sonra şirkətin rəhbəri Rauf Əliyev həmin mənzili özünün Ramik (**********) adlı şəxsə olan 268.000 manatlıq borcunun əvəzində verərək hesablaşmanı aparmışdır. Mənzilin dəyərinin qalan hissəsi - 100.000 manat isə Ramik tərəfindən Şamil Omarova ödənilmişdir. Bu əməliyyat nəticəsində Rauf Əliyevin (**********; **********) Şamil Omarova olan ümumi 550.000 manat borcu 100.000 manat azalmış və hazırda 370.000 manat təşkil edir. Beləliklə, hazırda eyni mənzil üzrə ikili satış faktı, müxtəlif şəxslərin (Şamil Omarovun, Ramikin, vicdanlı alıcının) hüquqları və öhdəlikləri mövcuddur. Bununla yanaşı, Rahib və Rüfət birlikdə, mütəşəkkil dəstə şəklində hərəkət edərək mənzili qanunsuz ələ keçirməyə cəhd göstərmişlər. Bu səbəbdən mövcud icra vərəqəsinin icrası hüquqi ziddiyyətlərə, vicdanlı alıcının və mənim konstitusion mülkiyyət hüquqlarımın pozulmasına gətirib çıxaracaqdır. İş üzrə icra məmuru, tələbkar, borclu və ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2817/2024 saylı 01 avqust 2024-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, 26 iyul 2021-ci il tarixli, 083003 saylı müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş kassa mədaxil orderi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Tələbkar təhvil verilməli, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 otaqlı 83 saylı mənzil cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Tələbkar təhvil verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq, iddiaçı Tələbkar ödənilməli, vəkil xərcinin əvəzi 300 manat cavabdeh "xxxx" MMCdən tutularaq iddiaçı Tələbkar ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinə əsasən Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin: 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2817/2024 saylı 01 avqust 2024-cü il tarixli icra sənədindən narazı olduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin verdiyi icra vərəqəsinin icrasının dayandırılmasını, Rahib və Rüfət adlı şəxslərin mütəşəkkil dəstə şəklində qanunsuz hərəkətləri, müqavilənin əsli üzərində manipulyasiya və mənzilin vicdanlı alıcıya satılması faktının yeni hallar kimi nəzərə alınaraq işə yenidən baxılması üçün təqdimat verilməsini, icra prosesi nəticəsində X2 və vicdanlı alıcının konstitusion hüquqlarının pozulmasının qarşısının alınmasını məhkəmədən xahiş etmişdir Məhkəmə hesab edir ki, ərizəyə qətnamənin icrası qaydasında işlər üzrə baxılmalı olmadığından, ərizəçi icra sənədi üzrə icraatın dayandırılması üçün müvafiq İcra şöbəsinə müraciət etməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2817/2024 saylı 01 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməli olduğundan, X1nun hazırkı ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2817/2024 saylı 01 avqust 2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə X1nun ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar