Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-898/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli -icra sənədi üzrə Borclu məxsus olan “Kia Sorento” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 308D” Markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 503/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 36664 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar3, X2, X3, Tələbkar4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular göndərilmişdir. Əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Borclu məxsus olan “KİA Sorento” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 308D” mikroavtobus markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillər var. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə həmin avtomobillərin üzərinə həbsin qoyulması zəruridir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat qismən əsaslıdır. Buna görə də təqdimat qismən təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixində “İcraata başlamaq haqqında Qərar” qəbul edilmiş, tələbin könüllü icrası üçün bildiriş borclu X1 göndərilmişdir. Lakin buna baxmayaraq, tələb hələ də icra edilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına “KİA Sorento” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 308D” mikroavtobus markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da qətnamənin sabit pul şəkilində olan pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulmasına dair təqdimat qismən əsaslıdır. Ona görə ki, göstərilən təqdimat mahiyyət etibarı ilə əsaslı olsa da, üzərinə həbs qoyulması tələb olunan avtomobillərin dəyəri tələbkarın borcun tutulması tələbindən artıq qiymət təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən avtomobillərdən yalnız birinin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halında tətbiqi edilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcun məbləği nəzərə alınmaqla, minik avtonəqliyyatı ilk növbədə üzərinə həbs qoyulması yol verilən əmlak olduğundan, təqdimat təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “KİA Sorento” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 308D” mikroavtobus markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-898/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-898/2023
01.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver