Məhkəmə qərarları › İş №8(011)-9/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-9/2025

06.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-9/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4601/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu mülkiyyətində olan avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Mercedes C 180” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4601 nömrəli, 05.04.201 7-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 2096,67 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulub Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Borc könüllü qaydada tam ödənilmədiyindən Borclu məxsus “Mercedes C 180 minik” markalı ** FM *** dövlət nömrə nişanlı avtomobilin üzərinə Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(011)-1686/2018 saylı qərardadı ilə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar müraciət edərəkkredit borcunun restrukturizasiya edildiyini bildirərək icraata xitam verilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixli qərarla icraata xitam verilmişdir. Beləliklə borcluya məxsus “Mercedes C 180 minik” markalı ** FM *** dövlət nömrə nişanlı avtomobilin üzərində həbsin saxlanılmasında zərurət aradan qaldırılmışdır. Göstərilənləri nəzərə alaraq Borclu məxsus “Mercedes C 180 minik” markalı ** FM *** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul etmənizi xahiş edirəm. Borclu, tələbkar və icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Xətai rayon Məhkəməsinin 8(011)-1686/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “Mercedes C 180” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş qəbzlərdən görünür ki, tələbkar icra şöbəsinə müraciət edərək, borclunun borcu qalmadığını, buna görə də icra sənədinə xitam verilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4601/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından və tələbkar təqdimatın təmin edilməsinə dair etirazı məhkəməyə daxil olmadığından təqdimat təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-1686/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes C 180” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “Mercedes C 180” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar