Məhkəmə qərarları › İş №8(011)-901/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-901/2023

06.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-901/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2475/2023 saylı 27 oktyabr 2023cü il tarixli qiyabi qətnaməsinə izah verilməsi barədə ərizəsinə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2475/2023 saylı 27 oktyabr 2023-cü il tarixli qətnaməsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2475/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 1-ci qəsəbə, 3A yaşayış evinin 30 nömrəli, ümumi sahəsi 130 kv.metr olan mənzildə ½ hissədə X1, ½ hissədə cavabdeh X3 payları müəyyən edilmişdir. Lakin bu qətnamənin həmin ünvana qeydiyyat üçün əsas olmasına münasibət bildirilməmişdir. Bu hal iddiaçını və övladlarını mübahisə edilən Bakı şəhəri, Xətai rayonu, 1-ci qəsəbə, 3A yaşayış evinin 30 nömrəli, ümumi sahəsi 130 kv.metr olan mənzilin ½ hissəsinə qeydiyyata alınmasına çətinliklər yaradır. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2475/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin iddiaçı və övladlarını mübahisə edilən Bakı şəhəri, Xətai rayonu, 1-ci qəsəbə 3A yaşayışevinin 30 nömrəli, ümumi sahəsi 130 kv.metr olan mənzilin ½ hissəsinə qeydiyyata alınmasına əsas olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2475/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi xahiş edilmişdir. Məhkəmə iş materallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci madəsinə əsasən işə baxmış hakim,apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2475/2023 saylı 12 may 2023-cü il tarixli qiyabi qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh X4 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, 1-ci qəsəbə 3A yaşayış evinin 30 nömrəli, ümumi sahəsi 130 kv.metr olan mənzildə ½ hissədə X1, ½ hissədə cavabdeh X3 payının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2475/2023 saylı 27 oktyabr 2023-cü il tarixli qiyabi qətnaməsinə ərizədə qeyd edilmiş məsələlərlə bağlı izah verilməsi həmin qətnamənin məzmunun dəyişdirilməsinə səbəb ola biləcəyindən X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2475/2023 saylı 27 oktyabr 2023-cü il tarixli qiyabi qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2475/2023 saylı 27 oktyabr 2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar