Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-902/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Tələbkar Borclunun nümayəndəsi X4 iştirakı ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov – Borclu məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllə, ev-, 229 nömrəli mənzilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021 -014 nömrəli, xx.xx.2021- ci il tarixli icra sənədinə əsasən borclu X2 avtomobilə vurulmuş maddi zərərə görə 7775 manat, müstəqil ekspertə ödənilmiş 150 manat, avtomobilin dayanacaqda saxlanmasına görə ödənilmiş 234 manat, hüquqi yardımdan istifadə edilməsinə görə ödənilmiş 100 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 8289 manat tutularaq, Tələbkar ödənilməlidir. 100 manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri X2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X3 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki. borclu X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi. Aşıq Ələsgər küçəsi, ev 4, 158 nömrəli mənzil, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllə, ev-, 229 nömrəli mənzil və Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 4, 141 nömrəli mənzil müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Tələbkar etibarnamə üzrə nümayəndəsi X9 şöbəyə ərizə ilə müraciət edərək, borclunun daşınmaz əmlakları olduğunu, tələbi həmin əmlaklara yönəltməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllə, ev-, 229 nömrəli mənzil daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş edilmişdir. Tələbkar təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclunun nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək üzərinə həbs qoyulması xahiş olunan mənzilin satıldığını bildirmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İcra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. Belə ki, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatlarında Borclu məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllə, ev-229 nömrəli mənzil aşkar edilməmişdir. Belə ki sözügedən mənzil Borclu tərəfindən X1. Məhkəmə həmçinin onu da qeyd edir ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə sorğu verilmişdir. Odur ki, hazırda borclunun mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllə, ev- 229 nömrəli mənzil aşkar edilmədiyindən təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-902/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-902/2023
24.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver