Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-904/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən verilmiş əmlak üzərinə həbsin qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-38/2023-030 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyindən 9531 manat məbləğində pul vəsaiti və 116 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasoya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus olan “Hyundai Sonata” minik markalı, **- AM-*** və “Kamaz 43255 014” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Təqdimatda borclu Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus olan “Hyundai Sonata” minik markalı, **-AM-*** və “Kamaz 43255 014” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında “Hyundai Sonata” minik markalı avtomobilin köhnə olduğunu, salamat yerinin olmadığını bildirmiş, təqdimatın tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2023- 030 nömrəli, 18 aprel 2023-cü il tarixli icra sənədindən müəyyən edilir ki, borclu Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyindən 9531 manat məbləğində pul vəsaiti və 116 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata başlamaq haqqında 29 aprel 2024-cü il tarixli qərar və icra sənədinin surəti 29 may 2024-cü il tarixdə Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin mülkiyyətində “Hyundai Sonata” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 43255 014” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alınaraq, borclu Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin mülkiyyətində “Hyundai Sonata” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 43255 014” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Borclu Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin mülkiyyətində “Hyundai Sonata” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 43255 014” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-nə və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-904/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-904/2024
11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver