Məhkəmə qərarları › İş №8(011)-904/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-904/2025

23.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-904/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Samirə Məşədiyevanın borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Samirə Məşədiyeva borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2345/2023-008 nömrəli, 23 may 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 12377 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 23 avqust 2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. İcraat dövründə borclu tərəfindən 6951 manat ödəniş həyata keçirilmişdir. “Elektron icra” informasiya sistemindən Borclu məxsus əmlak aşkar edilməmişdir. Göstərilənləri nəzərə alaraq təqdimatda icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatın əsassız olduğunu əsas gətirməklə təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Borclu izahatında bildirmişdir ki, icra sənədi üzrə təxmini 5200 manat borcu qalmış, 7000 manata yaxın ödəniş etmiş, icra şöbəsində borcun hissə-hissə icra edilməsi ilə bağlı razılığa gəlmişlər. İş üzrə icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəni nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2345/2023-008 nömrəli, 23 may 2023-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu 12377 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2345/2023-008 nömrəli, 23 avqust 2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında 23 avqust 2023-cü il tarixli qərarı və icra sənədinin surətini Borclu tərəfindən 23 avqust 2023-cü il tarixdə qəbul etmişdir. İş materiallarında olan Tələbkar tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 15 sentyabr 2023-cü il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2345/2023-008 nömrəli, 23 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 12377 manat məbləğində pul vəsaiti tutulub Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədində olan borcdan 1000 manat ödənilmişdir. Qalan borcu isə aralarında olan razılığa əsasən 250 manat az olmayaraq pul ödəməsinə etiraz etməmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Borclu tərəfindən Tələbkar hesabına 15 sentyabr 2023-cü ildən 14 oktyabr 2025-ci ilə qədər ümumilikdə 8500 manat ödəniş edilmişdir. İş materiallarında olan Tələbkar tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış 12 sentyabr 2025-ci il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2345/2023-008 nömrəli, 23 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 12377 manat məbləğində pul vəsaiti tutulub Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borcludan aralarındakı razılığa əsasən hissəvi ödəniş olunaraq 6750 manat ödəniş olunmuşdur. Hal-hazırda 5626 manat borc qalmışdır. Tələbkar bu borcun tam şəkildə ödənişini, borclu barəsində məcburi icra tədbirləri görülməsi istiqamətində tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.3-cü maddəsunə məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tədbirlərinin tətbiqinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunverici borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə əsası kimi icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi ilə şərtləndirmişdir. Lakin Xətai Rayon İcra Şöbəsinin icra məmuru Samirə Məşədiyeva borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatında borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsini əsaslandırmamış, bununla bağlı müvafiq sübutlar təqdimata əlavə edilməmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş digər sübut və dəlillərlə, həmçinin borclunun izahatı ilə borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınm icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda da göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda - icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 26 may 2017-ci il tarixli qərarında göstərilir ki, “İcra haqqında” Qanunun və Təlimatın (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın) müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət etməlidir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Eyni zamanda həmin Qərarda qeyd olunur ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti » məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən bu cür tədbirin həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nəzərə almaq lazımdır ki, bir tərəfdən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə hazırda Borclu icra sənədinin üzürsüz səbəbdən icra etmədiyi təsdiq olunmadığından, borclu tərəfindən 12377 manat borcdan böyük bir hissəsi – 8500 manat ödəniş edildiyindən, icra sənədi üzrə tutulmalı olan borc məbləğindən edilmiş ödənişlər tələbkar tərəfindən qəbul edildiyindən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yoxdur. Odur ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Samirə Məşədiyeva tərəfindən verilmiş Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar