Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-909/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-224/2022-015 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1977-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Tələbkar azyaşlı uşağı 30 yanvar 2019-cu il təvəllüdlü X1 ilə hər həftənin bazar günləri saat 09:00-dan 13:00-dək ünsiyyət saxlaması təmin edilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borcluna göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Borclu ölkə xaricinə çıxmışdır. xx.xx.2024-cü il tarixdə Tələbkar ərizə ilə müraciət edərək, borclunun ölkədən getdiyini və barəsində tədbir görülməsini xahiş etmişdir. Təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-224/2022-015 nömrəli, 17 fevral 2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, iddiaçı Tələbkar azyaşlı uşağı 30 yanvar 2019-cu il təvəllüdlü X1 ilə hər həftənin bazar günləri saat 09:00-dan 13:00-dək ünsiyyət saxlaması təmin edilmişdir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-224/2022-015 nömrəli, 17 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında 04 may 2022-ci il tarixli qərarı və icra sənədinin surəti 04 may 2022-ci il tarixdə Borclu Təyyar qızına göndərilmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Təyyar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-224/2022-015 nömrəli, 17 fevral 2022-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-224/2022-015 nömrəli, 17 fevral 2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1977-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Təyyar qızının ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-909/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-909/2024
14.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver