Məhkəmə qərarları › İş №8(011)-91/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-91/2023

23.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-91/2023 23.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-1163/2022 saylı qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4896/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Mustafayeva (Hüseynova) Aygün Qurban qızının xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “HYUNDAİ İ 30” minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Xətai Rayon Məhkəməsinin 8(011)-1163 saylı, xx.xx.2022-ci il tarixli qərardadla həbs qoyulmuşdur. İcra sənədi üzrə Tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu barəsində görülmüş bütün tədbirlərin ləvğ edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Borclu oğliniin mülkiyyətində olan “HYUNDAİ İ 30” minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad çıxarılması xahiş olunur. Göstərilənlərə əsasən yuxarıda qeyd olunanları nəzərə alaraq Borclu Saxarddin oğlunun mülkiyyətində olan “HYUNDAİ İ 30” minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləvğ edilməsinə dair qərardad çıxarılması xahiş olunur. İş üzrə icra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-1163/2022 saylı qərardadı ilə Borclu Saxarddin oğluna məxsus olan “HYUNDAİ İ 30” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(011)-4896/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 19 sentyabr 2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Mustafayeva (Hüseynova) Aygün Qurban qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-1163/2022 saylı qərardadından görünür ki, Borclu mülkiyyətində olan “HYUNDAİ İ 30” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X2 tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış ərizənin mahiyyətindən görünür ki, icra sənədi üzrə 1158 manat aliment borclu tərəfindən tam şəkildə ödənilmişdir. Beləliklə, iş materialından və təqdimatdan məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4896/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borc məbləği borclu tərəfindən tam şəkildə icra edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu Saxarddin oğluna məxsus olan “HYUNDAİ İ 30” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə dair təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(011)-1163/2022 saylı qərardadı ilə Borclu Saxarddin oğluna məxsus olan “HYUNDAİ İ 30” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DBYP-nə və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar