Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-914/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin Borclu məxsus torpaq sahəsinin üzərinə həbsin qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus Yardımlı rayonu, Kürəkçi kəndində yerləşən 0,5327 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-4910/2022-011 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən Borclu 517,88 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Yardımlı rayonu Kürəkçi kəndinə yerləşən sahəsi 0,5327 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmalıdır. Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4910/2022-011 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən Borclu 517,88 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixində “İcraata başlamaq haqqında Qərar” qəbul edilmiş, tələbin könüllü icrası üçün bildiriş Borclu göndərilmiş, bununla bağlı sms bildirişlər göndərilmişdir. Lakin buna baxmayaraq, tələb hələ də icra edilməmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Yardımlı rayonu Kürəkçi kəndinə yerləşən sahəsi 0,5327 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Borclu məxsusdur. Məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti könüllü olaraq ödənilmədiyindən, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbsin qoyulmasına dair təqdimat əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halında tətbiqi edilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu Yardımlı rayonu Kürəkçi kəndinə yerləşən sahəsi 0,5327 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat göndərildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-914/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-914/2023
20.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver