Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-92/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 06 aprel 2022-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Qubadlı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(028)-103/2022-006 nömrəli, 16 mart 2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 193 manat sabit pul məbləğində aliment 07 fevral 2022-ci il tarixdən başlayaraq tutulub 19 may 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi və hər ay 193 manat sabit pul məbləğində aliment 07 fevral 2022-ci il tarixdən başlayaraq tutulub 11 dekabr 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 06 aprel 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında borclu təqdimata etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, verdiyi izahatda bildirdi ki, aliment borcundan müəyyən qədər ödənişlər etmiş, hazırda icra məmuru tərəfindən aliment borcunun nə qədər olması ilə bağlı ona dəqiq məlumat verilmir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş təqdimatın materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən 06 aprel 2022-ci il tarixdə Qubadlı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(028)-103/2022-006 nömrəli, 16 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişin surəti borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. İcra məmuru tərəfindən 04 sentyabr 2023cü il tarixdə borcluya cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, tədqiq edilmiş iş materiallarında və təqdimatın məzmununda borclunun bugünə olan aliment borcunun nə qədər olması barədə hər hansı məlumat qeyd edilməmişdir. Borclunun verdiyi izahatlarla da müəyyən edilir ki, sonuncu, icra sənədi üzrə ödənişlər həyata keçirmişdir. Nə qədər ki, icra sənədi üzrə ödənilməmiş aliment borcunun məbləği icra məmuru tərəfindən müəyyən edilməmiş və təqdimatda buna dair hər hansı qeyd aparılmamışdır, hazırkı mərhələdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirləri tam həyata keçirilməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-92/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-92/2024
06.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver