Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-932/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov icra sənədi üzrə Borclu məxsus olan “VAZ 21074” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6246/2024-007 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uçaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasının təmini tədbiri olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-428/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbin icrası ilə bağlı icra sənədində qeyd olunan tələb Tələbkar xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılması xahiş olunur. Tələbkar qız məhkəmə iclasında təqdimata etiraz edərək təmin edilməməsini xahiş etmişdir. O verdiyi izahatında bildirmişdir ki, borclu tərəfindən 3100 manat məbləğində pul vəsaiti ona ödənilmişdir, lakin onlar qalan borc məbləği ilə bağlı hər hansı razılığa gəlməmişlər. İş materiallarında olan ərizə isə onun tərəfindən yazılıb imzalanmamışdır. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)- 6246/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək,Tələbkar ilə Borclu arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 2056 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2007ci il təvəllüdlü X2 və xx.xx.2008-ci i təvəllüdlü X1 anaları Tələbkar yanında saxlanılması, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-6246/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin İcra məmuru tərəfindən “İcraata başlamaq haqqında Qərar” qəbul edilmiş, tələbin könüllü icrası üçün bildiriş Borclu göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-428/2025 saylı qərardadı ilə Borclu məxsus “VAZ 21074” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Tələbkar Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-6246/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu tərəfindən 3100 manat məbləğində pulu aldını, qalan 875 manat aliment borcunun ödənilməsini aralarında razılaşdırdıqlarını bildirmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə, icra sənədi üzrə Tələbkar xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etdiyindən Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-6246/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərin birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusu deməkdir. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtinin) dəyişdirilməsində ifadə olunur və belə yanaşma Konstitusiyanın 60-cı maddənin İ hissəsinin tələblərinə cavab verərək, qətnamənin icra qaydasının dəyişdirilməsini işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitəsi kimi qiymətləndirilir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra vərəqəsinin məhkəməyə geri qaytarılmsına əsas olan ərizədə qalan 875 manat məbləğində aliment borcu ilə bağlı tələbkar və borclu arasında razılaşma olduğu qeyd edilsə də, tələbkar məhkəmə iclasında verdiyi izahatda bu halı inkar etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədində qeyd edilən tələb borclu tərəfindən tam şəkildə icra edilmədiyinə görə “VAZ 21074” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi icra sənədi üzrə tələbkarların hüquqlarının kobud şəkildə pozulması ilə nəticılənə bilər. Belə ki, qanunvericiliyin tələbinə əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi yalnız borclu tərəfindən borcunun tam ödənilməsi və buna görə də müvafiq icra sənədi üzrə icra icraata xitam verildikdə mümkündür. Hazırda borclu tərəfindən icra sənədinin tam icra olunması işin materialları ilə müəyyən edilmir. Odur ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun “VAZ 21074” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun “VAZ 21074” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-932/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-932/2025
17.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver