Məhkəmə qərarları › İş №8(011)-933/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-933/2023

15.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-933/2023 15.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bənəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(011)-7076/2021-009 saylı xx.xx.2021ci il tarixli icra sənədinə əsasən, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus olan “NİSSAN MAXİMA” minik markalı **-FS-*** dövlət qeydiyyat nışanlı və LEXUS LS460 minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-7076/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1689 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar nun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “NİSSAN MAXİMA” minik markalı **-FS-*** dövlət qeydiyyat nışanlı və LEXUS LS460 minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Hazırda icra sənədi üzrə borcdan ödəniş edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Borclu, tələbkar və icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7076/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1689 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin Borclu göndərilməsi qeyd olunmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən ki, Borclu məxsus mobil telefon nömrələrinə bildiriş göndərilməklə, icra məmurunun çağırışlarına gəlmədiyi üçün icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edildiyi, 10 gün ərzində icra qurumuna gəlmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “NİSSAN MAXİMA” minik markalı **-FS-*** dövlət qeydiyyat nışanlı və LEXUS LS460 minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli İcra ödənişinin alınması haqqında Qərara əsasən borcludan 120 manat məbləğində icra ödənişi alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli Borclunun əmlakının axtarılması haqqında Qərara əsasən Borclu “NİSSAN MAXİMA” minik markalı **-FS-*** dövlət qeydiyyat nışanlı və LEXUS LS460 minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin yeri məlum olmadığı üçün onlar barəsində axtarış elan edilmişdir. Təqdimata əlavə edilmiş Aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə icra məmuru tərəfindən Borclu ünvan 1 ünvanı müəyyən etmək mümkün olmamışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında Qərara əsasən Borclu yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, məhkəmə mövcud borcun həcmini nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “NİSSAN MAXİMA” minik markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Məhkəmə, təqdimatın “Borclu məxsus olan digər avtomobilin üzərinə həbs qoyulması” hissəsinə qiymət verərək hesab edir ki, borclunun icra sənədi üzrə borc məbləği, üzərinə həbs qoyulması nəzərdə tutulan daşınar əmlakların ümumi dəyərinə mütənasib deyil, yəni borclunun mülkiyyətində olan avtomobillərin dəyəri iddia tələbinin həcmindən dəfələrlə yüksək olduğuna və məhkəmə tərəfindən həbs qoyulması müəyyən olunan əmlakın dəyəri məhkəmə sənədinin icrasını təmin etdiyindən, təqdimatda göstərilən borcluya məxsus digər avtomobillərin üzərinə həbs qoyulması məqsədəmüvafiq deyil. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “NİSSAN MAXİMA” minik markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar