Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-934/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus əmlaklara həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova– Borclu məxsus Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində sahəsi 06543 ha və 09266 ha olan kənd təsərrüfatı torpaq sahələrin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5254/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1658 manat məbləğində pul vəsaiti və 36.58 manat dövlət rüsumu tutularaq tələbkar "ABC- Telecom” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində sahəsi 06543 ha və 09266 ha olan kənd təsərrüfatı torpaq sahələri vardır. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. Belə ki, "Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş sorğu məlumatlarında Borclu məxsus Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində sahəsi 06543 ha və 09266 ha olan kənd təsərrüfatı torpaq sahələri aşkar edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə sorğu verilmişdir. Odur ki, hazırda borclunun mülkiyyətində Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində sahəsi 06543 ha və 09266 ha olan kənd təsərrüfatı torpaq sahələri aşkar edilmədiyindən təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus əmlaklara həbs qoyulması barəsində təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-934/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-934/2023
07.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver