Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-935/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova -icra sənədi üzrə Borclu məxsus olan **-FN-*** dövlət qeydiyyat nişanlı, ‘Toyota Prius (Hibrid)” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” minik markalı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-2747/2022-016 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1793,06 manat məbləğində pul vəsaiti və 38,43 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan **-FN-*** dövlət qeydiyyat nişanlı, ‘Toyota Prius (Hibrid)” minik markalı, **- RA-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” minik markalı avtomobillər vardır. Məhkəmə baxış iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 təqdimatı müdafiə edərək, təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat qismən əsaslıdır. Buna görə də təqdimat qismən təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2747/2022-016 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1793,06 manat məbləğində pul vəsaiti və 38,43 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai rayonİcra Şöbəsinin İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixində “İcraata başlamaq haqqında Qərar” qəbul edilmiş, tələbin könüllü icrası üçün bildiriş borclu X3 göndərilmişdir. Lakin buna baxmayaraq, tələb hələ də icra edilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən **- FN-*** dövlət qeydiyyat nişanlı, ‘Toyota Prius (Hibrid)” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” minik markalı avtomobillər Borclu məxsusdur. İş materiallarına əlavə edilmiş “SMS bildiriş”lərdən görünür ki, xx.xx.2022-ci il tarixdə borcluya məxsus müxtəlif mobil nömrələrə xəbərdarlıq göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da qətnamənin sabit pul şəkilində olan pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulmasına dair təqdimat qismən əsaslıdır. Ona görə ki, göstərilən təqdimat mahiyyət etibarı ilə əsaslı olsa da, üzərinə həbs qoyulması tələb olunan avtomobillərin dəyəri tələbkarın borcun tutulması tələbindən artıq qiymət təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən avtomobillərdən yalnız birinin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halında tətbiqi edilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcun məbləği nəzərə alınmaqla, minik avtonəqliyyatı ilk növbədə üzərinə həbs qoyulması yol verilən əmlak olduğundan, təqdimat qismən təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə həmin avtomobillərdən yalnız birinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus **-FN-*** dövlət qeydiyyat nişanlı, ‘Toyota Prius (Hibrid)” minik markalı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-935/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-935/2022
14.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver