Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-94/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı X8 cavabdehlər X9, X3, X4, X16, X5, X10, X6, X12, X2, X13, X11 qarşı paylı mülkiyyətdə olan mənzilin ayrılması barədə iddiasına dair mülki iş üzrə X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-931/2024 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 nümayəndəsi və vəkili Nümayəndə– qətnamənin icra olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-931/2024 saylı qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2(011)-931/2024 saylı mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Qətnamə ilə iddia tələbi təmin edilmişdir. ünvan 1 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 1 ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzil X8 payına uyğun olaraq qət edilmişdir. İş hazırda icraya Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-931/2024 saylı qətnaməsi də icraya Xətai rayon İcra Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilən zaman publik hüquqi şəxsin əməkdaşları tərəfindən hüquqi şəxsin üzərinə onun fəaliyyəti ilə bağlı hər hansı öhdəliyin qoyulmaması səbəbindən icra sənədinin tezliklə geri qaytarılacağı bildirilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubu ilə icrasız geri qaytarılmışdır. Bu səbəbdən də Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)- 931/2024 saylı qətnaməsinin icra olunması üçün həmin qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Borclulara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 931/2024 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 1-ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzilin X8 payına uyğun olaraq naturada ayrılması, 50 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin X7 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-931/2024 saylı qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-931/2024 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında 0,02 ha torpaq sahəsi üzərində inşa edilmiş 1397,97 kv metrlik 4 mərtəbədən ibarət yaşayış binasında 1-ci mərtəbədə 3 otaq olmaqla ümumi sahəsi 61,0 kv metr olan mənzilin X8 payına uyğun olaraq naturada ayrılmışdır. Məhkəmə hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin “AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ******* saylı **********41-10301 reyestrli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzilin xüsusi mülkiyyət hüququ üzrə X14 məxsus 1ci mərtəbədə 3 otaqlı hissəsinin ayrılaraq X14 ayrıca çıxarış verilməsi başa düşülməsi” barədə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-931/2024 saylı qətnaməsinə - AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ******* saylı **********41-10301 reyestrli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzilin xüsusi mülkiyyət hüququ üzrə X14 məxsus 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 61.0 kv.m olan 3 otaqlı hissəsinin ayrılaraq X14 ayrıca çıxarış verilməsi başa düşülməsinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-94/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-94/2025
31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver