Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-944/2025 10.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, borclu "xxxx" MMC-nin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu "xxxx" MMC qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(011)-3790/2022 saylı qətnaməsinin icra üsulunu və qaydasını dəyişərək, xx.xx.2023-cü il tarixdə verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-3790/2022 saylı icra vərəqəsində qeyd olunan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m və 80 kv.m olan mənzillərin, xx.xx.2019-cu il tarixli müqavilələrlə müəyyən olunmuş dəyərinin (140400 manat + 57600 manat) "xxxx" MMC-dən tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclunun nümayəndəsi X1 xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət edərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər "xxxx" MMC-yə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsini və ona əlavə edilmiş sənədləri hakim tərəfindən geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu tərəfindən ərizəyə baxılmadan geri qaytarılması barədə müraciət daxil olduğundan, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu "xxxx" MMC-nin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №8(011)-944/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-944/2025
10.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver