Məhkəmə qərarları › İş №8(011)-947/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-947/2025

27.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-947/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1031/2025 saylı 16 yanvar 2025-ci il tarixli icra sənədi üzrə X1 avtomobil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 avtomobil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən “Mercedes Benz E 240” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1031/2025 saylı icra sənədinə əsasən məndən ümumilikdə 13405,04 manat tutularaq, tələbkar "xxxx" QSC-yə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Xətai rayon İcra Şöbəsində borclunun adına olan lakin realda borclunun əmisinə məxsus olan “Mercedes Benz markalı E240” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Həmin avtomobil borclunun adına olsa da, mülkiyyət hüququ ilə əmisinə məxsusdur və o, qeyd edilən avtomobillə bağlı hüquqlarını həyata keçirə bilmir. Borclu tələbkara hər ay ödəniş edəcəkdir. Hal- hazırda da işlə təmin olunmuşdur. Borcun ödənilməsi əmək haqqına yönəldilməklə həyata keçirilə bilər. Buna görə də borclu hesab edir ki, avtomobilin üzərində məhdudiyyətin qalmasına heç bir lüzüm yoxdur. Məhkəmə iclası barədə tələbkar, borclu və Xətai Rayon İcra Şöbəsinə məlumat verilsə də, onlar hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1031/2025 saylı 16 yanvar 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSCnin cavabdeh X5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, 12125,75 manat məbləğində əsas, 1229,29 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 13405,04 manat pul və ödənilmiş 122,10 manat dövlət rüsumunun X3 tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, “Mercedes Benz markalı E240” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mükiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 03 iyul 2025-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması haqqında qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1031/2025 saylı 16 yanvar 2025-ci il tarixli icra sənədi üzrə X1 mükiyyətində olan “Mercedes Benz markalı E240” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1031/2025 saylı 16 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən X2ndan cəmi 13405,04 manat pul və ödənilmiş 122,10 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. Borclu ərizəsində həmin icra sənədi üzrə ödəniş edəcəyini bildirmiş və icra məmuru tərəfindən “Mercedes Benz markalı E240” markalı, **- KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan icra sənədinin icra edilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, eyni zamanda icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsi borclunun mülkiyyətində olduğundan, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X1 avtomobil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar