Məhkəmə qərarları › İş №8(011)-95/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-95/2025

23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-95/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi Fərhadzadə Mehri Polad qızının katibliyi ilə, X1 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2024 saylı, 24 iyul 2024-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsinə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə qətnaməsinə izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2024 saylı, 24 iyul 2024-cü il tarixli qətnaməsinin icra olunması üçün həmin qətnamayə izah verilməsini xahiş etmişdir. X1 nümayəndəsi və vəkili Nümayəndə ərizədə göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2024 saylı, 24 iyul 2024-cü il tarixli qətnaməsi qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Qətnamə ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmməd küçəsi, ev 3 ünvanında yerləşən X5 mülkiyyətində olan sahəsi 61.0 kv.m olan 2 otaqlı mənzil onun payına uyğun naturada təcrid şəklində ayrılması qət edilmişdir. İş hazırda Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Lakin Xətai Rayon Məhkəməsinin 2(011)-929/2024 saylı, 24 iyul 2024-cü il tarixli qətnaməsi də Xətai rayon İcra şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilən zaman idarənin əməkdaşları tərəfindən hüquqi şəxsin üzərinə onun fəaliyyəti ilə bağlı hər hansı öhdəliyin qoyulmaması səbəbindən icra sənədinin tezliklə geri qaytarılacağı bildirilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 yanvar 2025-ci il tarixli məktubu ilə icrasız geri qaytarılmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2024 saylı, 24 iyul 2024-cü il tarixli qətnaməsinə izah verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci madəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2024 saylı 24 iyul 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X6 və X3 qarşı “mənzilin naturada ayrılması” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmməd küçəsi, ev 3 ünvanında yerləşən X5 mülkiyyətində olan sahəsi 61.0 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun naturada təcrid şəklində ayılması, eyni zamanda 50 manat ekspertiza xərcinin iddiaçı X4 tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X7ina ünvanlanmış 10 yanvar 2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmməd küçəsi, ev 3 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində cari dəyişiklik edilməsi ilə bağlı ********** nömrəli, 30 noyabr 2024-cü il tarixli müraciətə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2024 saylı 24 iyul 2024-cü il tarixli qətnaməsi əsasında 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə belə qənaətə gəlir ki, qətnaməyə iddiaçının xahiş etdiyi kimi icra olunması üçün izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmununun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnaməyə izah verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 929/2024 saylı, 24 iyul 2024-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-929/2024 saylı, 24 iyul 2024-cü il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən X5 mülkiyyətində olan sahəsi 61.0 kv.metr olan 2 otaqlı mənzilin onun payına uyğun naturada təcrid şəklində ayrılması həmin mənzilin ayrılaraq, X5 adına qeydə alınmasını və ayrıca çıxarışın verilməsini ehtiva edir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar