Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-952/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İcra məmuru Mehdi Zeynalovun iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3975/2023-014 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov Borclu məxsus olan “QAZ 2410” minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Mehdi Zeynalov təqdimatı müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3975/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 17000 manat məbləğində pul vəsaiti və 141 manat dövlət rüsumu tutularaq Tələbkarnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin **********424000 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X1 14066.35 manat məbləğində maliyyə sanksiyası tutularaq dövlət nəfinə ödənilməlidir. Eləcə də Bakı Şəhəri 36 saylı Notariat Kontorunin 81-3533 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X1 4999.97 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərarlar qəbul olunaraq, surəti bildirişlərlə bərabər icra sənədi üzrə borclu X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu axtarışda olduğundan axtarış nəticəsində saxlandqdan sonra ona bildirişlər xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və izahatı alınmışdır. Borclu könüllü icra müddətində icra sənədləri üzrə tələbi təmin etmədiyi üçün borclunun Əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X3 məxsus olan "QAZ 2410" minik markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3975/2023-014 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 17000 (on yeddi min) manat borc pul və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 141 (yüz qırx bir) manat alınaraq Tələbkar verilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” Qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş Borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin **********424000 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu X1 14066.35 manat məbləğində maliyyə sanksiyası tutularaq dövlət nəfinə ödənilməlidir. Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” Qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş Borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri 36 saylı Notariat Kontorunin 81-3533 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu X1 4999.97 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “icraata başlamaq haqqında” Qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş Borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə Xətai rayon icra şöbəsində verdiyi izahatında, 40 saylı Notariat ofisinin icra qeydi üzrə borcunu tam ödəyəcəyini, Xətai rayon Məhkəməsinin e-2(011)-3975/2023-014 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunu hər ay hissə-hissə ödəyəcəyini, 40 saylı Notariat ofisinin icra qeydində yeni xəbəri olduğunu bildirmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “QAZ 2410” minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının iki halı göstərilmişdir: Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və Qanunun 50.4.2-ci maddəsinə görə, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda (10 gün) borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq, icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, mövcud borcun həcmi nəzərə alınaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Mehdi Zeynalovun “Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatı təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedentə görə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. (“Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarı) “X5 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “QAZ 2410” minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-952/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-952/2024
02.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver