Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-963/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurunun hərəkətləri barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu icra məmuru X9 tərəfindən ona verilən xəbərdarlıq və icra vərəqəsində qeyd edilən vaxtdan kənara çıxaraq başqa vaxta görüş təyin edilməsindən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Borclu şikayəti onunla əsaslandırmışdır ki, onun Nizami Rayon İcra şöbəsində Xətai Rayon Məhkəməsinin iş 2(011)-2554/2020 saylı "uşaqla ünsiyyətdə olmaq" işi üzrə e- 194027/2020-1-46 saylı icra vərəqəsi mövcuddur. İcra işi üzrə borclu həftədə 1 dəfə hətənin bazar günü saat 11:00-17:00 qədər uşaqların ata ilə ünsiyyətini təmin etməlidir. Həmin iş üzrə xx.xx.2024-cü il tarixdə icra məmuru X10 tərəfindən icra şöbəsinə dəvət olunmuş, dərhal icra şöbəsinə gələrək məsuliyyətdən yayınmadığını bildirərək ərizə yazmış və 18 avqust bazar günü saat 11:00-da Nizami rayon İcra şöbəsinin qarşısına icra məmuru X7 iştirakı ilə uşaqlarını deyilən ünvana gətirmiş və ata ilə görüşlərini təmin etmişdir. Lakin həmin görüş zamanı uşaqlar ataları ilə qəti görüşmək istəmədiklərini bildirmiş, ağlayaraq görüşdən və ünsiyyətdən imtina etmiş, orada bir insident yaşanmışdır. Həmin görüş zamanı uşaqlardan biri xx.xx.2014 təvəllüdlü X3 atası tərəfindən təzyiqə məruz qalaraq psixoloji sarsıntı keçirmiş və halı pisləşərək stressdən arterial təzyiqi aşağı düşmüş, ürək döyüntüləri normadan artıq – 120-yə qalxmış və uşaq huşunu itirmişdir. Həmin an dərhal 103 təcili tibbi yardım çağırılaraq müdaxilə olunmuşdur. Lakin bugunə kimi icra məmuru həmin görüşü aktlaşdırmamışdır və həmin görüşü heçə saymışdır. Daha sonra, Nizami rayon İcra şöbəsinin rəisi və icra məmuru X10 tərəfindən ona yenidən xx.xx.2024-cü il tarixində zəng vasitəsilə təzyiq olunmuş, barəsində tədbir görəcəkləri barədə hədə qorxu gəlinmiş və övladlarının psixoloji vəziyyətlərini nəzərə almadan yenidən icra vərəqəsindən kənar, xx.xx.2024-cü il tarixdə icra şöbəsinə çağırılmışdır. xx.xx.2024-cü il tarixində icra şöbəsinə gələrək övladlarının gəlmək istəmədiklərini bildirmiş və psixoloq təyin olunmasını və ya icra məmuru ilə birlikdə uşaqlarının yanına evə gedilməsini təklif etmişdir. Lakin icra məmuru işə qərəzli yanaşaraq icra sənədində qeyd olunan vaxtdan kənar xx.xx.2024-cü iİ tarixdə Bakı Şəhəri Nizami rayon İcra şöbəsinə uşaqları gətirməyini tələb etmiş və barəsində əsassız yerə xəbərdarlıq tərtib edərək, uşaqları gətirmədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tutaraq barəsində inzibati protokol tərtib edərək məhkəməyə müraciət edəcəyi barədə onu təhdid etmişdir. Həmçinin, icra məmuru X10 xx.xx.2024-cü il tarixində Nizami rayon İcra şöbəsində baş tutan ata ilə görüş barəsində heç bir akt tərtib etməyəcəyini də bildirmişdir. O, qətnamədə qeyd edildiyi kimi həftənin bazar günü uşaqların ataları ilə görüşünü təmin etməyə hazırdır. Lakin, uşaqların 10 və 14 yaşlan olduğundan və ataları ilə görüşdən imtina etdikləri üçün onlara zor tətbiq edərək görüş həyata keçirilə bilməz. Həmçinin, icra məmuru da məhkəmə qətnaməsindən və icra vərəqəsindən kənara çıxaraq istədiyi vaxt görüş vaxtı müəyyən edə bilməz. Bununla əlaqədar dəfələrlə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə ərizələr və teleqramlar göndərilmişdir. Lakin, bugünə qədər heç bir tədbir görülməmişdir. Həmçinin o, həftə içi işlədiyi, həmçinin övladlarının gəlmək istəmədikləri səbəbi ilə icra məmuru X8 “Mən əvvəlcədən də bildirdiyim kimi, icra vərəqəsində görüş bazar günü müəyyən edildiyindən, həmçinin azyaşlı övladlarım qəti şəkildə görüşə gəlməkdən imtina etdiyindən onları xx.xx.2024-cü il tarixdə saat 15:00-da icra şöbəsinə gətirə bilmirəm” məzmununda xəbərnaməli teleqram vurmuş, teleqram xx.xx.2024-cü il tarixdə icra məmuruna çatdırılmasına dair xəbərnamə qəbzi əldə etmişdir. Həmçinin icra vərəqəsində qeyd olunan tarixdə bazar günü xx.xx.2024-cü il tarixdə saat 11:00-da Nizami rayon İcra şöbəsinə vəkili Orxan Zeynalovla yaxınlaşmış, lakin icra şöbəsində nə Tələbkar nə də icra məmuru X5mamış və dəfələrlə zəng etməyinə baxmayaraq zənglərinə cavab verilməmişdir. Daha sonra, icra məmuru X10 müraciətlərinə heç bir məhəl qoymadan xx.xx.2024-cü il tarixdə “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul etmişdir. Bundan sonra Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək icra məmuru Əlihüseyn Aslanovun qanunsuz qərar qəbul etdiyi barədə şikayət verilmişdir. xx.xx.2024-cü il tarixində Nizami Rayon Məhkəməsinin 8(007)- 275/2024 saylı qərardadı ilə ərizə təmin olunmuş, icra məmurunun qanunsuz verdiyi qərar məhkəmə qaydasında ləğv olunmuşdur. Borclu məhkəmə iclası zamanı şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasına gəlməmişlər. Lakin, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş materialı baxılması üçün aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-2554/2020 nömrəli qətnaməsinin icrası ilə əlaqədar olaraq icra məmurunun hərəkətlərindən şikayət verir. Lakin iş materialları ilə müəyyən olunur ki, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(011)-2554/2020 nömrəli icra vərəqəsi icra edilməsi üçün əvvəlcə Bakı şəhər Xətai rayon İcra şöbəsinə göndərilmiş, daha sonra xx.xx.2024cü il tarixdə aidiyyəti üzrə Bakı şəhər Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qeyd edilən müddəada tərəflərin icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayətlə müraciət etməli olduqları məhkəmənin aidiyyəti dəqiq şəkildə qeyd edilərək, qeyd edilən şikayətlərə mahiyyəti üzrə hansı məhkəmə tərəfindən baxılması məsələsi tənzimlənmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbkarın ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından aidiyyəti üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmurunun hərəkətləri barədə şikayət ərizəsinə dair iş materialı baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-963/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-963/2024
07.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver