Məhkəmə qərarları › İş №8(011)-964/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-964/2022

14.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-964/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1382/2022-023 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrası başa çatdırılana Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1382/2022-023 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci ildə anadan olmuş Borclu 1122 manat məbləğində pul vəsaiti və 31,22 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir, icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon icra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir, lakin bu müddət ərzində borclu tərəfindən tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir, hazırda icra sənədi üzrə heç bir ödəniş olunmamışdır, həmçininümumi məbləğin 7% icra ödənişi ödənilməmişdir, borclu barəsində icra sənədinin icrasını təmin etmək və onun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, tələbkara borcu yoxdur, onlardan paltaryuyan almışdır, paltaryuyan xarabdır, bu barədə tələbkara da müraciət etmiş, bildirmişlər ki, əşya düzəldiləcək, yenisi ilə əvəz olunacaq, ancaq olunmamışdır, əgər keyfiyyətli paltaryuyan ilə təmin etsələr borcunu ödəyər, hazırda ölkədən kənara çıxmır, təqdimatın təmin olunmasına etiraz etmir. Sonda Borclu qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Tələbkar və Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1382/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu ödənilməmiş 1083,55 manat qalıq borcu, 39,№3 manat cərimə borcu olmaqla, ümumilikdə 1122 (min yüz iyirmi iki) manat 88 (səksən səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat 22 (iyirmi iki) qəpik alınaraq Tələbkarnə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərar borcluya, tələbkara və Xətai rayon Məhkəməsinə göndərilməsi qeyd edilmişdir. Qərar və bildiriş xx.xx.2022-ci il tarixdə Borclu tərəfindən imza edilməklə alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu Xətai rayon icra şöbəsinə xx.xx.2022-ci il tarixli İzahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, məhsul xarab çıxmışdır, məhkəməyə müraciət etməsi ilə bağlı ödəməmişdir, məhsulu geri götürdükdən sonra ödəniş edəcəkdir, adına daşınar və daşınmaz əmlak, qiymətli kağız və ya əmanət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin həmin Paktın qeyd edilən maddəsinə dair qəbul etdiyi xx.xx.1999-cu il tarixli 27 saylı X1 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən, Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1382/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1985-ci ildə anadan olmuş borclu - Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1382/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar