Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-968/2025 30.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, X7 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun “aliment məbləğinin hesablanması” barədə 15 oktyabr 2025-ci il tarixli qərarından X7 tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun “aliment məbləğinin hesablanması” barədə 15 oktyabr 2025-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarovun 15 oktyabr 2025-ci il tarixli aliment məbləğinin hesablanması haqqında qərarının ləğv edilməsi və X17 tərəfindən əvvəlcədən ödənilmiş 10000 manat məbləğində ödənişin barışıq sazişinin könüllü şəkildə icra edildiyi dövrə aid edilməsinin və yerdə qalan 30000 manat məbləğində ödənişin isə uşağın atanın himayəsinə verildiyi vaxtdan hesablanaraq ödəniləcək məbləğlərindən çıxılması öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X17 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 25 sentyabr 2023-cü il tarixli 9 saylı Mediasiya təşkilatında bağlanılmış "Barışıq Sazişinin" təsdiq edilərək, məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli qətnaməsi ilə X17 ilə X18 arasında 25 sentyabr 2023-cü il tarixdə Bakı Şəhəri 9 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi təsdiqlənmişdir. Barışıq Sazişinin təsdiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli qətnaməsi icra edilməsi üçün Bakı Şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov 15 oktyabr 2025-ci il tarixində aliment borcunun hesablanması haqqında qərar qəbul etmişdir. Sözügedən qərara əsasən X1 qərar qəbul olunan tarixə aliment borcu 250000 manat müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. Əvvəla 25 sentyabr 2023-cü il tarixli X16 18 aprel 2020-ci il təvəllüdlü övladları X25 barəsində aşağıdakı şərtlərlə razılaşmışlar: Barışıq Sazişinin 1.2-ci bəndinə əsasən Tərəflər razılaşmışlar ki, birgə nikahdan dünyaya gəlmiş övladları 18 aprel 2020-ci il təvəllüdlü X25 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Atanın) himayəsinə verilsin. Barışıq Sazişinin 1.3-cü bəndinə əsasən Tərəflər razılaşmışlar ki, Birinci Tərəf 2023-cü ilin oktyabr ayının 1dən başlayaraq hər növbəti ayın 1-dən 5-ə qədər İkinci Tərəfə, 10000 manat (arta və azala bilən) məbləğində alimenti maddi imkanlan daxilində İkinci Tərəfə, X12 ödəyəcəkdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu ödəniş, Sazişin şərtlərinin məzmunu etibarilə, uşağın atanın himayəsinə verilməsi müqabilində, qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş kompensasiya xarakterli pul öhdəliyidir, yəni uşağın atanın himayəsinə verilməsi şərti ilə birgə icra edilməli olan qarşılıqlı öhdəlikdir. Tələbkar X18 hazırkı vaxtadək Banşıq Sazişinin 1.2-ci bəndinin şərtlərini pozaraq övladı X22 atanın (Birinci Tərəfin) himayəsinə verməmişdir. Barışıq sazişinə görə uşaq Rüfət Bədirova verilməli idi. Təxminən 20 gün uşaq Rüfət Bədirovla qalmışdır. Buna görə də o, ödəniş etmişdir. Sonra qarşı tərəf uşağı görüş üçün götürmüş, lakin uşağı qaytarmamışdır. Ödəniş öhdəliyinin kompensasiya xarakterli olması səbəbilə, o, yalnız uşağın Sazişdə nəzərdə tutulduğu kimi atanın himayəsinə verilməsi şərti yerinə yetirildiyi təqdirdə Bədirov Rüfət tərəfindən icra edilməlidir. Digər tərəf öz öhdəliyini (uşağı ataya vermək) yerinə yetirmədikdə, Birinci Tərəfin ödəniş öhdəliyi yaranmır. Məhz sözügedən məsələ ilə bağlı Rüfət Bədirov tərəfindən Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarova müvafiq məktub ünvanlanmış, icraata başlamaq haqqında qərar qəbul edilərkən sözügedən razılaşma şərtlərinin nəzərə alınması xahiş edilmişdir. Daha sonra Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X9 məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 01 iyul 2025-ci il tarixli icra sənədi üzrə qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2(011)-157/2025 nömrəli mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli qətnaməsi qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Qətnamə ilə barışıq sazişi təmin edilmiş, sazişin 1.3-cü bəndinə əsasən tərəflər razılığa gəlmiş, birinci tərəf yəni X17 2023-cü ilin oktyabr ayının 1-dən başlayaraq hər növbəti ayın 1-dən 5-ə qədər ikinci tərəfə yəni X12 10000 manat (artan və azala bilən) məbləğində alimenti maddi imkanlan daxilində ikinci tərəfə ödəməlidir. İş icra edilməsi üçün Xətai rayon icra şöbəsinə göndərilmiş, hazırda icra məmurunun icraatındadır. İcra vərəqəsində alimentin tutulmasının 2023-cü ilin oktyabrından başlanılması qeyd edilsə də, borclunun etibarnamə üzrə nümayəndəsi tərəfindən daxil olmuş ərizədə barışıq sazişinə əsasən ödənişin uşağın ataya verilməsindən sonra ödənilməli olduğu qeyd edilmişdir. Bu səbəbdən həmin alimentin hansı tarixdən hesablanması barədə məhkəmə tərəfindən izah verilməsinə zərurət yaranmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(011)-157/2025 saylı qərardadı ilə icra məmurunun ərizəsi təmin edilməmiş, qərardadda xüsusilə qeyd edilmişdir ki, tərəflərin razılığı əsasında müəyyən edilmiş 10000 manat məbləğində aylıq ödəniş, yalnız atanın birtərəfli öhdəliyi kimi deyil, banşıq sazişində nəzərdə tutulan ümumi razılaşmanın - yəni uşağın atanın himayəsində qalması şərtinin aynlmaz tərkib hissəsi kimi başa düşülür. Bu ödəniş birbaşa olaraq digər tərəfin ananın uşağın atanın himayəsində qalmasına razılıq verməsi və bu vəziyyətin təmin olunması öhdəliyi ilə bağlıdır. Başqa sözlə, atanın hər ay anaya ödəniş etməsi və uşağın atasının himayəsində saxlanması hər iki tərəfin qarşılıqlı öhdəlikləridir. Bu ödənişin həyata keçirilməsi banşıq sazişində nəzərdə tutulmuş digər öhdəliklər, xüsusilə ilə də, himayə ilə bağlı şərtlərin yerinə yetirilməsi kontekstində qiymətləndirilməlidir.Göründüyü kimi Bakı Şəhəri Xətai Rayon Məhkəməsi qərardadında qeyd etmişdir ki, atanın hər ay anaya ödəniş etməsi və uşağın atasının himayəsində saxlanması hər iki tərəfin qarşılıqlı öhdəlikləridir. Bu ödənişin həyata keçirilməsi, xüsusilə də, himayə ilə bağlı şərtlərin yerinə yetirilməsi kontekstində qiymətləndirilməlidir. Xüsusilə bildirmək lazımdır ki, Barışıq sazişinin könüllü icra olunduğu dövrdə - hazırki məhkəmə qətnaməsi qüvvəyə minməmişdən əvvəl - X17 tərəfindən İkinci Tərəfə, ümumilikdə, 40000 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən icra şöbəsi tərəfindən öhdəliklərin əvvəlki dövr üçün hesablanması zamanı, əvvəlcədən və könüllü şəkildə ödənilmiş 40000 manat məbləğin 10000 manat hissəsi barışıq sazişinin könüllü icra edildiyi dövrə aid edilməli, yerdə qalan 30000 manat məbləğində ödəniş isə uşağın atanın himayəsinə verildiyi tarixdən hesablanaraq növbəti aylar üzrə ödəniləcək məbləğlərdən çıxılmalıdır. Lakin buna baxmayaraq Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal X8 barəsində alimentin hesablanması haqqında qərar qəbul etmişdir. Tərəflər arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli Barışıq Sazişinə, həmçinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli qərardadına əsasən, X5 əsas şərtlərindən birini - uşağın atanın himayəsinə verilməsini - yerinə yetirmədiyi halda, icra məmuru Vüsal Umarovun birtərəfli qaydada yalnız ödəniş öhdəliyini icraya yönəltməsi və 250000 manat məbləğində borc hesablaması, məhkəmənin verdiyi izaha və Sazişin qarşılıqlı öhdəlik prinsipinə ziddir. Belə olduğu təqdirdə, icra məmurunun 15 oktyabr 2025-ci il tarixli alimentin hesablanması haqqında qərar, sazişin əsaslı şərtləri və məhkəmənin hüquqi izahı nəzərə alınmadığı üçün qanunsuzdur. İcra məmuru icra icraatını, tərəflərin qarşılıqlı öhdəlikləri yerinə yetirilməyincə dayandırılmalı idi. Barışıq Sazişində nəzərdə tutulan ödəniş öhdəliyi ilə uşağın atanın himayəsinə verilməsi öhdəliyi qarşılıqlı və ayrılmaz şəkildə bağlıdır. Ananın öz öhdəliyini icra etməməsi, atanın ödəniş öhdəliyinin yaranmamasına səbəb olur. Bu fakt Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli qərardadı ilə yenidən təsdiq olunmuşdur. İcra məmurunun qərarı hazırda bu hüquqi mövqeyi nəzərə almadığı üçün ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X7 və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrıayrılıqda şikayəti müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. X1 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirilmişdir ki, tərəflərin boşanmasına səbəb Tələbkar (Bədirova) çoxsaylı xəyanətləri olmuşdur. Bununla bağlı sübutlar mövcuddur. İlkin təsdiq edilmiş barışıq sazişinin şərtlərinə görə xanım uşağı ataya verməli, əvəzində isə X10 hər ay 10000 manat pul vəsaitini almalı idi. Yəni əslində ana pul müqabilində uşağı atasının himayəsinə vermişdir. X17 öhdəliklərini icra etmiş, xanıma 4 ayın pulunu birdəfəlik 40000 manat pul vəsaitini ödəmiş, uşağı götürmüşdür. Lakin Tələbkar (Bədirova) sonradan görüşmək adıyla uşağı götürmüş ataya geri verməmişdir. Daha sonra həmin barışıq sazişinin təsdiqinə dair qətnaməni mübahisələndirmişdir. Barışıq sazişində nəzərdə tutulan 10000 manat pul əslində aliment deyil, kompensasiya xarakterlidir. Hazırda 250000 manat aliment borcunun hesablanması barədə qərar əsassız olaraq qəbul edilmişdir. Belə ki, aliment sözü həmin sazişdə səhvən istifadə edilmiş, əslində həmin məbləğ uşağın atanın himayəsinə verilməsi müqabilində komensasiya kimi razılaşdırılmışdır. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tələbkar və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayəti nəzərdən keçirərək hesab edir ki, X7 tərəfindən verilmiş şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X17 maraqlı şəxs X13 cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsinə dair” ərizəsi təmin edilmiş, ərizəçi X2 Fidan Fariz qızı arasında 25 sentyabr 2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir:
1. X3 (Bundan sonra Birinci Tərəf) və X18 (Bundan sonra ikinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları 18 aprel 2020-ci il təvəllüdlü X25 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci Tərəfin (Atanın) himayəsinə verilsin. 1.3. Tərəflər razılaşdılar ki, Birinci Tərəf 2023-cü ilin oktyabr ayının 1-indən başlayaraq hər növbəti ayın 1-indən 5-inə qədər İkinci Tərəfə 10000 (on min) manat (artan və azala bilən) məbləğində alimenti maddi imkanları daxilində İkinci Tərəfə ödəyəcək. 1.4. Birinci Tərəf öhdəsinə götürür ki, İkinci Tərəfin mülkiyyətində olan 90VG098 Dövlət nömrə nişanlı Mercedes Benz GLA 250 minlik markalı avtomaşını İkinci Tərəfin mülkiyyətində qalır. 1.5. Tərəflərin öncədən razılaşdırılması ilə İkinci Tərəf hər həftənin cümə günü (beşinci gün) övladı ilə saat fərqi olmadan (gecə qalmamaq şərti ilə) görüşə və ünsiyyət yarada bilər. Tərəflərin razılığı ilə görüş günü dəyişdirilə bilər. 1.6. Tərəflər razılaşdılar ki, Birinci Tərəf birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2020-ci il təvəllüdlü X25 ilə Azərbaycan Respublikası hüdudlarından xaricə çıxa bilər.
2. İkinci Tərəf öhdəsinə götürür ki, X11 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1791 saylı bağ sahəsi; Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 1209-cu məhəllə, ev 27A, mənzil 175 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri , Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 71, M17, mənzil 2) ünvan 2 ünvanında yerləşən mənzillərdən; xx.xx.2023-cü il tarixli LMN nömrəli 7xx-xx-2023 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əldə edilmiş 10AC999 Dövlət nömrə nişanlı Lamborghini Urus universal minik avtomobili; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan avtomaşınların (90AG999 Dövlət nömrə nişanlı Mercedes Benz S450 Minik markalı, 90AF999 Dövlət qeydiyyat nişanlı Audi6 markalı minik maşını, 90AK999 Dövlət nömrə nişanlı Mercedes Benz G63 minik markalı nəqliyyat vasitələri) Birinci Tərəfin mülkiyyətində qalmasına razılıq verir.
3. Tərəflər razılaşdılar ki, Barışıq Sazişinin imzalandığı andan etibarən yəni, 25 sentyabr 2023-cü il tarixindən etibarlıdır və Tərəflər indi və gələcəkdə Barışıq Sazişində qeyd olunan maddələr üzrə bir-birilərinə qarşı tələb və istəkləri olmayacaq.
4. Tərəflər öhdəliklərinə götürür ki, Barışıq Sazişində razılaşdıqları maddələr üzrə gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli qətnaməsinin nəticə hissəsində yanlışlıq düzəldilərək, “Qətnamə dərhal icra edilsin” əvəzinə “Qətnamə alimentə dair hissədə dərhal icra olunsun” yazılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 12 avqust 2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X6 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə qətnaməyə izah verilməsinə ərizəsi təmin edilməmişdir. Həmin qərardadda məhkəmə qeyd etmişdir ki, tərəflərin razılığı əsasında müəyyən edilmiş 10.000 (on min) manat məbləğində aylıq ödəniş, yalnız atanın birtərəfli öhdəliyi kimi deyil, barışıq sazişində nəzərdə tutulan ümumi razılaşmanın – yəni uşağın atanın himayəsində qalması şərtinin ayrılmaz tərkib hissəsi kimi başa düşülür. Bu ödəniş birbaşa olaraq digər tərəfin ananın uşağın atanın himayəsində qalmasına razılıq verməsi və bu vəziyyətin təmin olunması öhdəliyi ilə bağlıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5274/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, maraqlı şəxs F.Bədirovanın apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(011)-157/2025 nömrəli qətnaməsi X17 ilə X18 arasında 25 sentyabr 2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5274/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli qərardaddından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(011)-157/2025 nömrəli qətnaməsi X17 ilə X18 arasında 25 sentyabr 2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə icraata, bu tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun 15 oktyabr 2025-ci il tarixli aliment borcunun hesablanması haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 nömrəli, 01 iyul 2025-ci il tarixli icra vərəqəsinə əsasən X1 qərar qəbul olunan tarixə aliment borcu 250000 manat müəyyən olunmuşdur. İş materiallarında olan X14 məxsus hesabdan çıxarışdan görünür ki, X17 tərəfindən X12 02 oktyabr 2023-cü il tarixdə 10000 manat, 01 noyabr 2023-cü il tarixdə 10000 manat, 05 dekabr 2023-cü il tarixdə 10000 manat və 07 yanvar 2024-cü il tarixdə 10000 manat olmaqla, ümumilikdə 40000 manat aliment ödənişi edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X23 ifadəsində bildirilmişdir ki, o, Tələbkar (Bədirova)nın xalası oğludur. Fidanla Rüfətin boşanma səbəbi Fidanın bir neçə dəfə xəyanət etməsi olmuşdur. Bununla bağlı bütün nəsil Fidandan üz döndərmişdir. Tərəflər razılığa gəlmiş, Fidan hər ay 10000 manat pul almaqla şərtilə uşağı atasının himayəsinə vermişdir. Pulu alandan sonra Fidan anasının evinə getmiş və ondan sonra fikirləri dəyişmişdir. Fidanın aldığı pul əslində kompensasiyadır. Fidan uşağı atasına verdikdən sonra xaricə gedəcəkdi. Lakin sonradan Fidanın aiəsinin daha çox əmlak tələbləri olduğundan, valideynləri onu başa saldıqdan sonra fikri dəyişmişdir. Uşaq səbirsizliklə atasının yanına getməyi gözləyir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, şikayəti nəzərdən keçirərək hesab edir ki, X7 tərəfindən verilmiş şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1-ci maddəsinə əsasən Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyı Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş, tərəflər arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin şərtlərinə görə birgə nikahdan dünyaya gəlmiş övladları 18 aprel 2020-ci il təvəllüdlü X25 yetkinlik yaşına çatanadək saxlanılması üçün atanın himayəsinə verilir, X17 2023-cü ilin oktyabr ayının 1-dən başlayaraq hər növbəti ayın 1-dən 5-ə qədər Həsənova (Bədirova) Fidan Fariz qızına 10000 manat (artan və azala bilən) məbləğində alimenti maddi imkanları daxilində ödəyəcəkdir. X7 barışıq sazişinin şərtlərinə uyğun olaraq tələbkar Həsənova (Bədirova) Fidan Fariz qızına 02 oktyabr 2023-cü il tarixdə 10000 manat, 01 noyabr 2023-cü il tarixdə 10000 manat, 05 dekabr 2023-cü il tarixdə 10000 manat və 07 yanvar 2024-cü il tarixdə 10000 manat olmaqla, ümumilikdə 40000 manat aliment ödənişi etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tələbkar Həsənova (Bədirova) Fidan Fariz qızı barışıq sazişinin şərtlərinə əməl etməyərək 18 aprel 2020-ci il təvəllüdlü X22 20 gün müddətində ataya versə də, sonradan uşağı aparıb qaytarmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Həsənova (Bədirova) Fidan Fariz qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli qətnaməsini mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5274/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs F.Bədirovanın apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(011)-157/2025 nömrəli qətnaməsi X17 ilə X18 arasında 25 sentyabr 2023-cü il tarixdə 9 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Həsənova (Bədirova) Fidan Fariz qızı "xxxx" MMC-nin direktorudur, aylıq əmək haqqı 250 manat təşkil edir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun 15 oktyabr 2025-ci il tarixli aliment borcunun hesablanması haqqında qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 nömrəli, 01 iyul 2025-ci il tarixli icra vərəqəsinə əsasən X1 qərar qəbul olunan tarixə aliment borcu 250000 manat müəyyən olunmuşdur. Halbuki, işin faktiki hallarından müəyyən olunur ki, tərəflərin boşanmasına Tələbkar (Bədirova)nın xəyanəti olduğundan tərəflər arasında nikah pozulmuş və barışıq sazişi ilə uşaqla və əmlakla bağlı məsələlər razılaşdırılmışdır. O cümlədən, Barışıq sazişinin şərtlərinə görə tərəflərin birgə nikahdan dünyaya gəlmiş övladları 18 aprel 2020-ci il təvəllüdlü X19 yetkinlik yaşına çatanadək saxlanılması üçün atanın himayəsinə verməsi, X17 tərəfindən isə 2023-cü ilin oktyabr ayının 1-dən başlayaraq hər növbəti ayın 1-dən 5-ə qədər Həsənova (Bədirova) Fidan Fariz qızına 10000 manat (artan və azala bilən) məbləğində alimentin maddi imkanları daxilində ödənilməsi razılaşdırılmışdır. Şikayətçinin nümayəndəsi aliment sözünün səhvən istifadə edidiyini, əslində həmin məbləğin uşağın atanın himayəsinə verilməsi müqabilində komensasiya kimi razılaşdırıldığını bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 12 avqust 2025-ci il tarixli qərardadında müəyyən edilmişdir ki, tərəflərin razılığı əsasında müəyyən edilmiş 10.000 (on min) manat məbləğində aylıq ödəniş, yalnız atanın birtərəfli öhdəliyi kimi deyil, barışıq sazişində nəzərdə tutulan ümumi razılaşmanın – yəni uşağın atanın himayəsində qalması şərtinin ayrılmaz tərkib hissəsi kimi başa düşülür. Bu ödəniş birbaşa olaraq digər tərəfin ananın uşağın atanın himayəsində qalmasına razılıq verməsi və bu vəziyyətin təmin olunması öhdəliyi ilə bağlıdır. Məhkəmə şikayətin bu dəlilini ağlabatan hesab edir. Belə ki, Ailə Məcəlləsinin 22.1-ci maddəsində nikah pozularkən ər-arvada saziş bağlamaq imkanı tanınmaqla, həmin sazişdə uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasının, bu vəsaitin miqdarının razılaşdırılmasını nəzərdə tutur. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, X18 əmək qabiliyyətlidir. Həmçinin barışıq sazişinin şərtlərinə görə uşağın atanın himayəsinə verilməsi razılaşdırıldığından Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun 15 oktyabr 2025-ci il tarixli aliment borcunun hesablanması haqqında qərarına əsasən hesablanmış aliment uşaq üçün nəzərdə tutulmuş aliment hesab edilmədiyindən, faktiki həmin məbləğ uşağın atanın himayəsinə verilməsi üçün nəzərdə tutulduğundan, tərəflər arasında bağlanmış Barışıq sazişinin şərti Həsənova (Bədirova) (Bədirova) Fidan Fariz qızı tərəfindən pozulduğu üçün həmin sazişin təsdiq edilməsi zərurəti yarandığından, həmin sazişin təsdiq edilməsi qət edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı 30 iyun 2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək və sazişin şərtləri uşağın atanın himayəsində verilməsi hissəsində icra edilənədək qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun 15 oktyabr 2025-ci il tarixli aliment borcunun hesablanması haqqında qərarı ləğv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı 30 iyun 2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almadığından və hazırki qərardadla Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun 15 oktyabr 2025-ci il tarixli aliment borcunun hesablanması haqqında qərarı ləğv edildiyindən, şikayət “X17 tərəfindən əvvəlcədən ödənilmiş 10000 manat məbləğində ödənişin barışıq sazişinin könüllü şəkildə icra edildiyi dövrə aid edilməsinin və yerdə qalan 30000 manat məbləğində ödənişin isə uşağın atanın himayəsinə verildiyi vaxtdan hesablanaraq ödəniləcək məbləğlərindən çıxılması öhdəliyinin icra məmurunun üzərinə qoyulması” hissəsində təmin edilməməli, şikayətçiyə qeyd edilmiş qətnamə üzrə icra vərəqəsi veriləndən sonra eyni vəsatətlə icra şöbəsinə müraciət etmək, vəsatəti təmin edilmədiyi təqdirdə məhkəməyə şikayətlə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun “aliment məbləğinin hesablanması” barədə 15 oktyabr 2025-ci il tarixli qərarından X7 tərəfindən verilən şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun “aliment məbləğinin hesablanması” barədə 15 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə r a r a a l d ı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı, 30 iyun 2025-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun “aliment məbləğinin hesablanması” barədə 15 oktyabr 2025-ci il tarixli qərarından X7 tərəfindən verilən şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun “aliment məbləğinin hesablanması” barədə 15 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin. Şikayət qalan hissədə təmin edilməsin. X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-157/2025 saylı 30 iyun 2025-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi veriləndən sonra eyni vəsatətlə icra şöbəsinə müraciət etmək, vəsatəti təmin edilmədiyi təqdirdə məhkəməyə şikayətlə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Hakim: İlahə Abbasova