Məhkəmə qərarları › İş №8(011)-970/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-970/2024

04.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-970/2024 04.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5756/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu mülkiyyətində olan avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Hyundai Accent” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5756/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 819 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-1198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan "Hyundai Accent" minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi borclu tərəfindən tam şəkildə icra olunduğundan tərəfimizdən AR "İcra haqqında" qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsini dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alıb Borclu mülkiyyətində olan olan "Hyundai Accent" minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad çıxarmağınızı xahiş edirəm. Borclu, tələbkar və icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5756/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 402,4 manat ödənilməmiş hissə, 40,6 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 342 manat ödənilməmiş hissə, 34 manat cərimə olmaqla, ümumilikdə 819 (səkkiz yüz on doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat cavabdeh Borclu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Xətai rayon Məhkəməsinin 8(011)-1198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “Hyundai Accent” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5756/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xətai rayon İcra şöbəsinə göndərdiyi məktubdan görünür ki, Borclu tərəfindən onun xeyrinə tutulmalı olan məbləğ ödənildiyi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5756/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi xahiş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Borclu tərəfindən borc ödənildiyindən, icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından və tələbkarın təqdimatın təmin edilməsinə dair etirazı məhkəməyə daxil olmadığından təqdimat təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5756/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Hyundai Accent” minik markalı, **-BY- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “Hyundai Accent” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar