Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-976/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(011)-4304/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(011)-4304/2022 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh Tələbkar qarşı - iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, borclu olduğu 20.025 manat pulun, icra tərəfindən bölgüdə olan mülklər satılana qədər, ayda 200 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi keçmiş arvadı Tələbkar ilə 16 dekabr 2008-ci ildən nikaha qəbul olmuşdur. Evlilik dövründə onların iki qız uşaqları olub. 20 sentyabr 2021-ci il tarixdə (qısqanclıq zəmnində) ərizəçi boşanma barədə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və 10 dekabr 2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı (X7) qətnaməsinə əsasən, boşanmışlar. Uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün 20 avqust 2021-ci il tarixdən hesablanılmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar qızma ödənilməsi qət edilmişdir. İddiaçı kimi ərizəçi, cavabdeh qismində keçmiş arvadı Tələbkar qoyaraq 07 iyun 2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət edərək 17 Sentyabr 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat kontorunun rəisi X4 tərəfindən təsdiq olunmuş 20.000 manata kredit müqaviləsinin etibarsız edilməsi barədə və həmin kredit müqaviləsi əsasında verilən İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4304/2022 saylı iş üzrə (Hakim Aygün Həsənova) 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış 17 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız edilməsi barədə və həmin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi barədə ilkin iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7436/2022 saylı iş üzrə (X12) 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-4304/2022 saylı iş üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2641/2023 saylı işi üzrə (X11) 22 avqust 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4304/2022 saylı 02 Avqust 2022-ci il tarixli qətnaməsi 22 Avqust 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır və Bakı şəhəri Xətai Rayon İcra şöbəsi tərəfindən icraata götürülərək baxılmaqdadır (İcra Məmuru Ceyhun Həmidov). Xətai Rayon İcra şöbəsinin 05 dekabr 2023-cü il tarixli MN № 1747232-saylı İnzibati Xəta haqqında Protokoluna əsasən, X2 Bakı şəhəri, 14 saylı Notariat kontorunun 8İ-6860 nömrəli, 01 may 2022-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən 20.025 manat pulun Tələbkar ödənilməməsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədilmişdir. X6 haqqında iş üzrə icraat aparılan X5 öz izahatında bildirmişdir ki, bu gün o 20.025 manat borc pulu birdən ödəyə bilmir. O, bildirmişdir ki, ayda 600 manat aliment pulunu da nəzərə alsa, ayda keçmiş arvadına 100 manat ödəyə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov, icra şöbəsi tərəfindən təqdim edilmiş iş materiallarını araşdıraraq qərara alınmışdır; Xətai Rayon İcra şöbəsindən daxil olmuş 05 dekabr 2023-cü il tarixli MN № ******* saylı İnzibati Xəta haqqında Protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə geri qaytarılsın. Boşandıqdan sonra nikah dövründə əldə edilən Daşmar və Daşınmaz əmlaklar olan Kia Picanto maşını, Hondai Accent maşını, Lexsus ES-350 maşını və Hövsan qəsəbəsində 10 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli bağ evi, Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(010)-991/2022-saylı qətnaməsinə əsasən keçmiş arvadı ilə ərizəçi arasında bərabər paylarla bölünmüşdür. Hal-hazırda bu bölgünün qərarı icra olunması üçün 18 aprel 2023-cü il tarixdən, Xətai Rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun icraatındadır. Bu günkü bazar qiymətini nəzərə alsaq Kia Picanto maşını 18.000 manat, Hondai Accent maşını 15.000 manat, Lexsus ES-350 maşını 40.000 manat və Hövsan qəsəbəsində 10 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli bağ evi 150.000 manat qiymətində dəyərləndirmək olar. Bu da 223.000 manat pul edir. Hələ ərizəçi ilə keçmiş arvadı arasında Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 2 otaqlı mənzilin mülk bölgüsü mübahisəli olduğuna görə, Xətai Rayon Məhkəməsinin 6783/2023-saylı işi üzrə Hakimi Sahibə Xanım Hacıyevanın icraatına götürülərək baxılmaqdadır. Bu mənzildə 75.000 manat qiymətində dəyərləndirilmişdir. Belə ki, nikah dövründə əldə edilən daşınar və daşınmaz əmlakların ümumi qiyməti təqribən 298.000 manat pul edir ki, bunu da bərabər paylarla böldükdə, һər adama 149.000 manat pul düşür. Ərizəçi 2008-ci ildən evlənmişdir, keçmiş arvadı ona ərizəçinin atası tərəfindən bağışlanmış mənzilə 2016-cı ildə qeydiyyata düşmüşdür, ona görə belə gec qeydiyyata düşmüşdür ki, atasının Yasamalda olan Xuruşovka mənzilindən o da pay istəyirdi. Atası da qızına Torqovuda yerləşən ayaqqabı təmiri yerini və bir az da pul vermişdi. 2018-ci ildə Xudu Məmmədov küçəsindəki yeni tikilidə, ipoteka yolu ilə təmirli 2 otaqlı mənzil satırdılar. Arvadı Torqovudakı yerini qardaşına 20.000 manata satası oldu. Şərtləri də belə oldu ki, notariusda 20.000 manata borc müqaviləsi bağlayaq, ancaq mən sənə ayda 350 manat pul verəcəm və ipoteka yolu ilə aldığınız mənzilə zamin duracam. Ərizəçi 15 sentyabr 2018-ci ildə atasından 20.000 manat pul aldım və Bakı şəhəri 14-saylı notarusda arvadım Nərminə ilə, qardaşı Nəriman 20.000 manata borc müqaviləsi bağlayanda, qardaşı Nəriman təkid elədi ki, ərinlə də müqavilə bağla ki, o da Xudu Məmmədovda sizin alacağınız 2 otaqlı mənzilin puluna kömək etsin, ya da mən nə obyekti alıram, nə də mənzilə zamin dururam. Bu minvalla arvadı ərizəçinin boş başını bişirdi, onunla da 20.000 manata borc müqaviləsi bağlandı. Boşandıqdan sonra 20.000 manat söhbəti ortaya çıxanda ərizəçiyə çatdı ki, arvadı ona bir belə mal-mülk aldıraraq, onun torbasını necə tikdi. İndi 600 manat aliment + 20.025 manat notarius borcu + 149.000 manat mülk bölgüsündən, alan bir arvad neyniyir ki, kişiyə bozbaş bişirsin. 20.025 manat borc pulu birdən ödəyəməyə ərizəçinin imkanı yoxdu. Xətai Rayon İcra şöbəsində icraatda olan, Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(010)-991/2022 saylı qətnaməsinə əsasən keçmiş arvadı ilə ərizəçinin arasında bərabər paylarla bölünmüş, daşınar və daşınmaz əmlaklar hal-hazırda satışa çıxarılması üçün sənədləşdirilir, qeyd etdiyi kimi, hal-hazırda bu bölgünün qərarı icra olunması üçün 18 aprel 2023-cü il tarixdən Xətai Rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun icraatındadır. Eyni zamanda 20.025 manat borc pulun icrası da icra məmuru Ceyhun Həmidovun icraatındadır. Həmin mülklər satılana kimi ərizəçi ayda 200 manat borc puldan və 600 manat aliment pulu, hər ay 800 manat keçmiş arvadı Nərminəyə pul vermək imkanı çatır. Mülkün hər hansının satıldığı andan icra şöbəsi ərizəçinin yerdə qalan borc pulunu hesablasın və Nərminəyə versin. X2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iclasın təxirə salınmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 maddi vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Belə ki, borcun hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə uyğun olmadığından ərizə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(011)- 4304/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-976/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-976/2023
28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver