Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-977/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Elşən Bəşirlinin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, 2(011 )- 3338/2021 saylı, 21,05.2021-ci il tarixli qətnamənin icra edilməsi barədə müvafiq tədbirlər görülməsini və icra məmuru barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X3 cavabdeh Borclu qarşı cavabdehin ona məxsus Bakı şəhəri, Xətai Rayonu, R.Məmmədov küçəsi 20 saylı evin iki otaqdan ibarət 14 saylı mənzildən məcburi şəkildə çıxarılmasına və ondan vurulmuş maddi zərərə görə 15.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. 2(011)-3338/2021 saylı iş X7 icraatında olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-3338/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Borclu ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir.İş Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin icraatındadır. Lakin qətnamə müxtəlif əsaslarla, bəhanələrlə icra edilməməkdədir. Borclu mənzilin binasının yan tərəfindən daş divarı qanunsuz şəkildə dağıdaraq, qanunsuz olaraq mənzilə daxil olmuş və bugünədək mənzildən çıxmamışdır. Bakı Şəhəri Xətai Rayon icra Şöbəsinin icra məmuru Elşən bəşirli Xətai Rayon Məhkəməsinin 2(011 )-3338/2021 saylı 21,05.2021-ci il tarixli qətnaməsinin mənzilin kimə təhvil verilməsi, mənzilin əşyalarla birlikdə və ya əşyasız boşaldılması və kimlərin həmin mənzildən çıxarılması hissəsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 8(011 )-1119/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ərizə rədd edilmişdir. Həmin qərardadda 2(011 )- 3338/2021 saylı 21,05.2021-ci il tarixli qətnamənin aydın olduğu qeyd edilsə də icra məmuru qətnaməni bu günədək icra etməmişdir. Tələbkarın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Borclu və Bakı şəhəri Xətai rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağrılsa da, lakin o, məhkəmədə iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Ərizəyə baxılması üçün icra işi sorğu edilmiş və məhkəməyə icra işi təqdim edilmişdir. İcra işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin Bakı şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra işinin materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Borclu ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət 14 nömrəli mənzildən çıxarılması qət olunmuşdur. İcra işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icra məmuru Elşən Bəşirli tərəfindən Borclu ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, icra sənədi üzrə tələbi 10 gün ərzində könüllü surətdə təmin etmədiyi üçün, dərhal Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə gəlməsi bildirilmişdir. İcra işinin materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)- 1119/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsi 2(011)-3338/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin mənzilin kimə təhvil verilməsi, mənzilin əşyalarla birlikdə və ya əşyasız boşaldılması və kimlərin həmin mənzildən çıxarılması hissəsinə izah verilməsinə dair ərizəsi rədd edilmişdir. İcra işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icra məmuru Elşən Bəşirli tərəfindən tərtib edilmiş aktdan görünür ki, tərəflərindən Borclu ünvan 3mədov küçəsi 20, 14 saylı mənzil ünvanından çıxarılmış və icra sənədi icra olunmuşdur. İcra işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, icra məmuru Elşən Bəşirli tərəfindən icra sənədi tam şəkildə təmin edildiyindən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3338/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında təqdim edilmiş audio-video çəkilişdən görünür ki, Borclu barəsində akt tərtib edilərək, ünvan 3mədov küçəsi 20, 14 saylı mənzil ünvanından çıxarılmışdır. "xxxx" MMMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3mədov küçəsi 20A, 1-ci blok, 2-ci mərtəbə, 14 saylı mənzildə Borclu ailə üzvüləri: oğlu, gəlini, qızı, nəvələri və başqaları yaşayır, bina dölət tərəfindən qeydiyyata alınmayıb. Məhkəmə hazırkı məsələ ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd edir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “Məhkəmələr və hakimlər haqqında”Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Məhkəməyə təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3338/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra şöbəsinə daxil olduğu vaxtdan icra məmuru tərəfindən icraata qəbul edilmiş, tələbin könüllü icrası üçün borcluya bildiriş göndərilmiş, daha sonra bildirişə əməl etmədiyi üçün xəbərdalıq məktubu göndərilmişdir. İcra məmuru tərəfindən akt tərtib edilərək, borclu mənzildən çıxarılmış, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3338/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunduğundan icra məmuru Elşən Bəşirli tərəfindən xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) tərkib hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 nümayəndəsi və vəkili Vəkil “2(011)-3338/2021 saylı, 21,05.2021-ci il tarixli qətnamənin icra edilməsi barədə müvafiq tədbirlər görülməsi və icra məmuru barəsində xüsusi qərardad qəbul edilməsi” barədə şikayət ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-977/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-977/2024
13.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver