Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-979/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova– Borclu məxsus olan “Nissan March” minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-641/2024-002 nömrəli, xx.xx.2024- cü il tarixli icra sənədi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixli X3, xx.xx.2010-cu il tarixli X4 və xx.xx.2022-ci il tarixli X1 üçün Borclu hər ay, hər uşaq üçün 200 ( iki yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat məbləğində aliment tutularaq Tələbkar ödənilməli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4516/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)- 635/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “Nissan March” minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə Tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun, tələbkarın və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Borclu məxsus “Nissan March” minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərardan görünür ki, icra sənədi üzrə Tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatı əsaslı olduğundan təqdimat təmin edilməli və Borclu məxsus olan “Nissan March” minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göründüyü kimi icra sənədi üzrə icraat hazırkı mərhələdə başa çatdığından, yəni icra sənədi məhkəməyə geri qaytarıldığından görülmüş icra tədbirləri də ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Nissan March” minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün (ləğv edilsin). Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-979/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-979/2024
10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver