Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-983/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X2, X1 iştirakı ilə, X1 qətnamənin hissə-hissə icra olunması barədə ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Borclu Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8679/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ayda 100 manat olmaqla hissə-hissə icrası barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2(011)-8679/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən ondan "xxxx" MMC-nin xeyrinə 1525,21 manat tutulması barədə qətnamə çıxarılmışdır. Əvvəllər ödənişləri vaxtı-vaxtında olsa da, sonradan borcu vaxtıvaxtında ödəmək çətinləşmişdir. Hal-hazırda işlədiyi işdə gəliri azdı, əlavə gəliri yoxdur ona görə borcu tam ödəyə bilmir. Borclu məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirdi ki, bir müddət ödənişləri vaxtında etmişdir, 3-4 dəfə hər birində 150 manat olmaqla ödəniş etmişdir, hazırda 500 manat məbləğində əmək haqqı alır, ondan hər ay 100 manat məbləğində ödəməyə maddi imkanı çatır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkarın nümayəndəsi məhkəmə baxışı zamanə ərizəyə etiraz edərək, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun və tələbkarın nümayəndəsinin izahatlarını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8679/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2019-cu tarixli, 01076753 saylı müqaviləyə əsasən 290 manat əsas, 5 manat dəbbə pulu, xx.xx.2019-cu il il tarixli, 00837060 saylı müqaviləyə əsasən 1184 manat əsas, 10 manat dəbbə pulu olmaqla, cəmi 1489 manat borcun və 36,21 manat məbləğində dövlət rüsumunun borcludan tutularaq tələbkara ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən borclunun gəlir məlumatları barədə çıxarışdan da görünür ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 555,43 manat təşkil edir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, borclunun himayəsində yetkinlik yaşına çatmayan bir övladı – xx.xx.2016-cı il təvəllüdlü X4 - var. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin maddi durumu borcun birdəfəyə ödənilməsinə imkan vermir və borclu borcu ödəməkdən yayınmır. Məhkəmə borclunun maddi vəziyyətinin çətin olmasını, aylıq əmək haqqının məbləğini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, qalıq borcun məbləğini, habelə borclunun icra sənədinin hissə-hissə icra etməsinə icazə verilməsini xahiş etdiyini nəzərə alaraq ərizənin təmin edilməsini məqsədəmüvafiq sayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8679/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi borclu X5 tərəfindən ayda 100 manat olmaqla hissə-hissə icra edirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-983/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-983/2022
20.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver