Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-983/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi təqdimatla müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 30/2023-044 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə Tələbkar ünvan 1 ünvanda yerləşən evə köçürülməlidir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixində icraatımda daxil olmuş, müvafiq qərarla icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayəti təmin olunmamışdır.Ona görə də xx.xx.2024-cü il tarixdə borcluya xəbərdarlıq göndərilərək icra sənədi üzrə tələbin təmin edilməsi ondan tələb olunmuşdur. İcra zamanı tələbkar tərəfindən mübahisəli evin, yəni həyətində bir neçə ayrılıqda otaqlar olan olan yaşayış sahəsinin olduğu ünvan oldğunu bildirmiş, borclu isə həmin yaşayış sahəsindən aralı olan digər evin mübahisəli ev olduğunu bildirmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-30/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin, Tələbkar köçürüləcəyi mübahisəli evin, yəni ünvan 1 ünvanda yerləşən konkret hansı evin olduğu barədə izah edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Tələbkar məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh ünvanların nömrəsini, sayğacları dəyişdirib, ona görə də qətnamənin izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir, ünvanlarda hər hansı dəyişiklik olmamışdır. Qətnamədə iddiaçının ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməyi qeyd edilib, lakin ünvan 1 ünvanda yerləşən 16 kv/m, 18 kv/m, 16.5 kv/m, 6 kv/m mətbəx, 5 kv/m dəliz və balaca həyətdən ibarət olan mənzilə köçürülsün ifadəsi qeyd edilməyib. Ona görə də qətnaməyə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Lakin onların hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qətnamənin izah edilməsi məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən maddəsi aydın və dəqiq olmayan, həmçinin ziddiyyətli qətnamənin icrası zamanı yaranmış çətinliklərin aradan qaldırılması məqsədini daşıyır. Belə hallarda hakim, artıq elan edilmiş qətnamənin məzmunu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lakin, hazırki mülki iş üzrə qətnamədə aydın və dəqiq olmayan, o cümlədən ziddiyyətli hissələrin mövcud olması müəyyən edilmədiyindən, qətnamənin izah edilməsinə zərurət yoxdur. Odur ki, ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-30/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-983/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-983/2024
14.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver