Məhkəmə qərarları › İş №8(011)-985/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-985/2022

08.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-985/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X6 iştirakı ilə, X1 icraçının hərəkətlərindən şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Türkay Yusiflinin iş üzrə Borclu əmək haqqının ¼ hissəsində tutulması barəsində məhkəmə qətnaməsinin icrasında hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Borclu əmək haqqının ¼ hissəsinin tutulması üçün əmək haqqına yünəldilməsinin Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Türkay Yusifliyə öhdəlik qoyulmasını xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Xətai rayon İcra və Probasiya Şöbəsində onun Borclu qarşı "Aliment tutulması” barədə Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3631/2022-saylı qətnaməsi vardır. O, Xətai Rayon Məhkəməsindən xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianı tam olaraq təmin etmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Qətnamənin icrası Xətai rayon icra və Probasiya Şöbəsinə tapşırılmışdır. İcra şöbəsi öz növbəsində icraata başlamaq haqqında qərar qəbul etmişdir. O, alimentin tutularaq hesabına köçürülməsi üçün Kapital Bankda olan bank rekvizitlərini Xətai rayon icra və Probasiya şöbəsinə rəsmi olaraq təqdim etmişdir. Lakin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq Xətai rayon icra və probasiya şöbəsi (icraçı: Türkay Yusifli) bu günə qədər qətnaməni icra hərəkətləri aparmır. Alimenti borclunun əmək haqqına yönəltməmişdir. İcra məmurunun bu hərəkətsizliyi qanunsuzdur və onun övladının hüquqlarının pozulmasına gətirib çıxarır. Bu hal İcra məmurunun qanunu bilmədikdə və yaxud qəsdən məhkəmə qərarını icra etmək istəmədikdə yaranır. Xətai rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, icra hərəkətləri aparılan zaman müəyyən olunmuşdur ki, borclunun adına başqa icra sənədi də mövcuddur və həmin icra sənədi üzrə onun əmək haqqının 70 faizindən tutulmalar aparılır. Sonradan borculunun əmək haqqından əlavə pensiya alması müəyyən edilmişdir və alimentlə bağlı icra sənədinin borclunun pensiyasından tutulması üçün inkasso sərəncamı tətbiq edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, bu bank hesabları müvəqqəti dondurulmuşdur. Bu səbəbdən sözügedən inkasso sərəncamının icrası ilə bağlı borclunun bank hesablarının təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlanmışdır. Tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. İş üzrə tələbkarın və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində icraata başlanılmasının əsasları əks olunmuşdur. Həmin maddəyə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (8.1-ci maddə). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (8.2-ci maddəsi). Həmin Qanunun 43-cü maddəsinə əsasən tətbiq ediləcək məcburi icra tədbirlərinə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər daxildir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3631/2022 nömrəli 21 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən 21 iyun 2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclunun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhər Xətai rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti həmin tarixdə tələbkara göndərilmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixində tələbin borclunun pensiyasından tutularaq tələbkarın hesabına köçürülməsini həyata keçirmək məqsədi ilə tələbkara məxsus bank hesabının rekvizitlərinin icra şöbəsinə təqdim edilməsi barədə tələbkara məktub ünvanlanmış və bank rekvizitləri tələbkar tərəfindən Xətai rayon İcra Şöbəsinə təqdim edilmişdir. İş materialları ilə müəyyən edilir ki, həmçinin Abşeron rayon Məhkəməsinin 2(012)- 2631/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan hər ay hər uşaq üçün 103 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Həmin iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə Xətai rayon İcra şöbəsinə müraciət edərək aliment üzrə yaranmış borcunun borclunun əmək haqqına yönəldilməsini xahiş etmiş və bu məqsədlə borclunun əmək haqqının 70 %-nin aliment borcu bitənədək, borc bitdikdən sonra isə hər ay 206 manatın tutulması barədə borclunun iş yeri olan Bakı şəhəri üzrə Təhsil İdarəsinə məktub ünvanlanmışdır. Hazırki icra sənədi üzrə icra hərəkətləri aparılan zaman borclunun əlavə olaraq pensiya aldığı müəyyən olunmuş və onun əmək haqqının 70 % hissəsi başqa icra sənədi üzrə tutulduğundan, hazırki icra sənədi üzrə tələbin pensiyaya yönəldilməsi məqsədilə tədbirlər görülmüşdür. Borclunun sosial ödənişlərinin köçürüldüyü bank hesab məlumatlarının əldə olunması məqsədilə xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə X10 və Mühasibatlıq İdarəsinə sorğu ünvanlanmışdır. İşin qeyd edilən hallarından da göründüyü kimi, borclunun aliment borcunun ödənilməsi məqsədilə icra məmuru tərəfindən hazırkı vaxtadək qanunla müəyyən edilmiş hərəkətlər edilmiş, icra sənədi İcra şöbəsinə daxil olduqdan sonra icraata bağlamaq haqqında qərar qəbul edilib, həmin qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmiş, habelə borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, başqa icra sənədi üzrə borclunun əmək haqqından tutulmalar olduğu üçün hazırki icra sənədi üzrə tələbin borclunun pensiyasına yönəldilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Göstərilən əsaslara, habelə qeyd edilən müddəalara əsasən məhkəmə hesab edir ki, tələbkarın icraçının hərəkətlərindən şikayəti təmin edilməməlidir. Lakin məhkəmə qeyd edir ki, tələbkarın hazırda şikayətinin təmin edilməməsi icra məmuru tərəfindən aliment borcunun tam ödənilməsilə bağlı icra tədbirlərinin dayandırılması kimi qəbul edilə bilməz. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Odur ki, icra məmuru qətnamənin tam icra olunması üçün qanunla müəyyən edilmiş ardıcıl icra tədbirlərini yerinə yetirməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 icraçının hərəkətlərindən şikayəti təmin edilməsin. X2 şikayətinin təmin edilməməsi icra məmuru tərəfindən icra tədbirlərinin dayandırılması kimi qəbul edilə bilməz. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar