Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-985/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1, Tələbkarın nümayəndəsi X3 iştirakı ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin ona qarşı iddiası üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunması və müəyyənləşdirilmiş yekun borcunun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar ona qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə həmin tələbə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddia Tələbkarla aralarında bağlanmış xx.xx.2023cü il tarixli müqaviləyə əsasən o, həmin MMC-dən İmei kodu **********76783 olan “İphone 11” markalı mobil telefon almış və nəticədə tələbkara 1103 manat borcu yaranmışdır. O, uzun müddət üzərinə düşən öhdəliyi yerinə yetirərək hər ay ödənişlərini etmişdir. Ancaq son vaxtlar maddi vəziyyəti ilə əlaqədar ödənişləri vaxtlı-vaxtında ödəyə bilmədiyi üçün tələbkara müəyyən qədər borcu qalmışdır. Borclu məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İddiaçı ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin o, məhkəmə iclasına gəlməmişlər. İddiaçının məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Hazırki iş üzrə hələ məhkəmə qətnaməsi qəbul edilməmiş, iş üzrə icraat yekunlaşmadığından borclunun ərizəsi təmin edilə bilməz. Məhkəmə həmçinin onu da qeyd edir ki, borclu icraatda olan iş üzrə məhkəmə ekspertizasının təyin edilməsini istəyirsə, bu barədə yazılı şəkildə həmin iş üzrə məhkəməyə vəsatət təqdim etməlidir. İcra sənədinin hissə-hissə icra edilməsi barədə isə iş üzrə qətnamə qəbul edildikdən və həmin qətnamə qanuni qüvvəyə minərək icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərildikdən sonra borclu məhkəməyə hazırki ərizə ilə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-985/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-985/2024
10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver