Məhkəmə qərarları › İş №8(011)-986/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-986/2022

01.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-986/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun “daşınmaz əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov Borclu məxsus Lənkəran rayonu, Viyən kəndində yerləşən sahəsi 0.1435 olan kənd təsərrüfatı təyinatlı torpağın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3625/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 06 may 2022-ci il tarixdən başlamaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 05 iyul 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Lənkəran rayonu, Viyən kəndində yerləşən sahəsi 0.1435 olan kənd təsərrüfatı təyinatlı torpaq müəyyən edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş digər şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3625/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 06 may 2022-ci il tarixdən başlamaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun əmlakı üzərinə həbsin qoyulması borclu tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi icra etmədiyi təqdirdə tətbiq olunması nəzərdə tutulmuşdur. Lakin təqdimatda borclunun aliment ödəmək öhdəliyinin olması qeyd edilsə də, bu günə hansı həcmdə icra edilməmiş öhdəliyinin olması qeyd edilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, mövcud təqdimat təmin edilə bilməz. Buna görə də təqdimat rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun “əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar