Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-99/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuruTural Rəhimov– Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli icraata başlanılan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5245/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2957.99 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün Elektron icra sistemindən sorğular göndərilmiş və borclunun adına daşınar daşınmaz əmlak aşkar edilməmişdir, hazırda icra sənədi üzrə borc ödənişdən edilməmişdir. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır.Buna görə də təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5245/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2957.99 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5245/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün Borclu tərəfindən bildiriş və qərar qəbul edilmişdir. Həmçinin, borclunun əmlakı barədə verilmiş sorğularda məlumat aşkar edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh Borclu xx.xx.2023-cü il tarixində qətnamədən apellyasiya şikayəti vermiş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, icra sənədinin verilməsinə əsas olmuş qətnamədən apelyasiya şikayəti verildikdə, icra sənədi üzrə icraat məcburi dayandırılmalı olduğundan, hazırda icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi üçün əsas yoxdur. Odur ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-99/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-99/2024
25.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver