Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-99/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1, Borclu, X2 iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Suraxanı Rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması, icra sənədinin icra olunması üçün Suraxanı Rayon İcra Şöbəsinə yenidən qaytarılması və icra sənədinin icrasının başqa icra məmuruna həvalə olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(011)-321/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X8 borcludan alınıb ona verilməlidir. Həmin qətnamə qanunsuz və əsassız olaraq Suraxanı Rayon İcra Şöbəsi tərəfindən icra edilmir. 4 və 6 yaşlı körpə uşaqıları qanunsuz olaraq ona verilmir, Suraxanı İcra Şöbəsinin keçmiş rəhbərliyi və icra məmurları də borcluya köməklik edib. İcra məmurları tərəfindən formal aktlar tərtib olunur ki, güya uşaqlar onu istəmirlər, halbuki borclu, onun anası və atası uşaqlara psixoloji təsir edirlər, onları qorxudurlar ki, uşaqlar tələbkarın yanına gəlməsin. Qəyyumluq və Himayəçilik Komissiyasının bütün rəylərində yazılır ki, uşaqlar tələbkarın yanında qalmalıdır, Ədliyyə Nazirliyinin Psixoloji Ekspertizası yazır ki uşaqlar onun yanımda qalmalıdır, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli sonuncu rəydə isə qeyd edilmişdir ki, uşaqlara psixoloji təsirlər var, həmçinin uşaqların anasının yanında qalması məqsədə müvafiqdir. Tələbkar məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqlar onun yanında olduqda, o, heç bir zaman uşaqların atası ilə ünsiyyətdə olmasına maneə yaratmayıb. Borclu məhkəmə iclası zamanı bildirdi ki, uşaqlara onlar tərəfindən heç bir təzyiq göstərilmir. Uşaqlar özü anaları ilə görüşmək istəmirlər, ondan qorxurlar. Uşaqlar tələbkar olanda isə ünsiyyətə maneələr yaradır. Psixoloq məhkəmə iclası zamanı izahatında bildirdi ki, tələbkar ona müraciət edərək, onu İcra Şöbəsinə dəvət etmişdir. Uşaqlar İcra Şöbəsinin binasına vahiməli şəkildə daxil olurlar, uşaqları üz simmetriyaları pozulmuşdur. Onların İcra Şöbəsində dedikləri sözlər onlara öyrədilmiş sözlər idi. Uşaqlar anaları ilə təklikdə qaldıqda Amin anası ilə tədricən ünsiyyətə girmək istəyəndə Şəhanə onun qolundan vuraraq danışmamasını, yoxsa onları döyəcəklərini bildirmişdi. Bir müddət keçdikdən sonra artıq Şəhanə də anası ilə ünsiyyət qurmaq istəyəndə çöldə gözləyən atası qolunu içəri salmış və uşaqlar bu dəfə qorxmuşlar. Onun təklifi ondan ibarətdir ki, uşaqlar hər həftənin sonu onun iştirakı ilə anaları ilə görüşsünlər. Şəhanə ailə üzvlərinin rəsmlərini çəkəndə nənəsinin rəsmini daha böyük çəkir, bu da o deməkdir ki, nənənin təsiri altındadır. Anasının evinin şəklini də rəsmini çəksə də, sonradan həmin şəkillərin üzərindən xətt çəkir. O, uşaqların anidən atadan alınıb anaya verilməsinin tərəfdarı deyil. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, icra məmurunun qərarı ləğv edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 321/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi yenidən icraya göndərilməldir. Belə ki, iş materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 321/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 borcludan alınaraq tələbkara verilməsi qət edilmiş və həmin qətnamə xx.xx.2023-cü il tarixində icra olunması üçün Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, icra sənədi geri qaytarılmış və icra sənədinin geri qaytarılmasının əsası kimi icraat zamanı tələbkarın övladlarının onun yanına getməkdən imtina etmələri, bu səbəbdən icra sənədinin icrasının mümkün olmaması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra şöbəsinin icra məmuru və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli aktlarının surəti ilə müəyyən edilir ki, icra sənədinin icra edilməsi məqsədilə borclu tərəfindən uşaqlar İcra Şöbəsinə gətirilmiş, lakin onlar anaları ilə getməkdən imtina etmişlər. Həmçinin, məhkəməyə təqdim edilmiş video görüntülərdən də müəyyən olunur ki, uşaqlar borclunun yanında olduqda tələbkarın yanına getməkdən imtina edirlər. Lakin, elə həmin video görüntülərdən də müəyyən olunur ki, borclunun valideynləri azyaşlı uşaqların yanında analarının ünvanına xoş olmayan ifadələr səsləndirməklə, onlarda anaları barəsində mənfi obraz formalaşdırmaqla, onlara analarının yanına getmək istəmədiklərini təlqin etməklə uşaqlara psixoloji təsir göstərirlər. Bütün bunların nəticəsində uşaqlarla anaları arasında emosional bağlılıq azalır. Məhkəmə iclasında iştirak edən psixoloq da uşaqlara psixoloji təzyiq göstərildiyini müşahidə etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətin xarakteri, uşaqların psixoloji vəziyyəti nəzərə alınmaqla, onların tələbkara verilməsindən əvvəl İcra şöbəsində valideynlərin iştirakı olmadan psixoloqun iştirakı ilə, psixoloqun uşaqlarla psixoloji söhbətlərin aparılması təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm tərəflər (valideynlər) arasındakı münasibətin gərgin olmasını və bu münasibətin uşalaın anası ilə münasibətlərində yaratdığı soyuqluğu, bu vəziyyətin uşaqların mənafeyinə zidd olduğunu nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünsiyyət valideynlərdən öncə uşaqların mənafelərinin təmin edilməsinə yönələn hüquqi vasitədir. Uşaqların psixi inkişafında, şəxsiyyətinin formalaşmasında, ümumiyyətlə hərtərəfli inkişafında valideynlərin (ailənin) rolu vacibdir. Onlar hər gün valideyn qayğısını hiss etməli, onlarla ilə ünsiyyətdə olmalı, valideynlər isə uşaqların tərbiyəsində iştirak etməldirlər. Belə qarşılıqlı münasibət uşaqların hərtəfli inkişafına müsbət təsir göstərmiş olur. Bir çox hallarda ailədaxili mübahisələrin olması nəticəsində uşaqlar valideyn qayğısından kənarda qalmağa məcbur olurlar və yanında olmayan valideyni ilə ünsiyyət qurmaqdan məhrum edilirlər. Bu isə uşaqların mənafeyinə birbaşa ziddir. Valideynlərin öz aralarındakı kəskin münasibətləri, onların bir-birllərinə etdikləri nifrət hissələri heç bir halda uşaqlara yansımamalı, onların valideyn-övlad hüquqlarının pozulması ilə nəticələnməməlidir. Uşaqlar valideynlər arasındakı daxili ziddiyyətlərin qurbanına çevirməməlidir. Buna görə də, qanunvercilik valideynlərdən ayrı yaşayan uşaqların, bu onların hüquq və mənafelərinə zidd olmadıqda, öz valideynləri (baba, nənə və digər qohumları ilə) ilə görüşüb ünsiyyət saxlamalarına mümkün qədər şərait yaradılmasını tələb edir. Şərh edilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən 1) tələbkarın ərizəsi əsasında, 2) borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda, 3) borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, 4) tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə, 5) tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduğu hallarda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması qeyd olunmuşdur. Sözügedən normanın dispozitiv şərtindən də aydın olunur ki, icra məmurunun qərarında göstərdiyi əsas – azyaşlı uşaqların tələbkarla ünsiyyətdə olmaqdan imtina etdikləri üçün icra sənədinin icrasının mümkünsüzlüyü icra sənədinin geri qaytarılması əsasları kimi nəzərdə tutulmamışdır. Məhkəmə qətnaməsi ilə uşaların tələbkarın yanında qalmasının müəyyən edilməsinə baxmayaraq, onların istəməməsi səbəbi ilə icranın mümkünsüzlüyü elə bir müstəsna hal olmalıdır ki, bu zaman icra məmuru bütün mümkün vasitələri etmiş olsun və uşağın yanında saxlanılan valideynlə getməsi onun mənafeyinə açıq-açığına zidd olsun. Halbu ki, məhkəmə iclasında psixoloq X10 uşaqlarla psixoloji söhbətlərin aparılması ilə qətnamənin icrasının mümkün olduğunu bildirmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə qaytarılması qanunsuzdur. Odur ki, icra məmurunun qərarı ləğv edilərək, qərardadın əsaslandrıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İcra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-99/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-99/2025
28.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver