Məhkəmə qərarları › İş №8(011)-990/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-990/2023

27.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-990/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ 2104” minik markalı **-TY- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3240/2022-014 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 761 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədi ilə Xətai rayon məhkəməsinin 8(011)-652/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 2104” minik markalı **-TY-*** dövlət qeydilyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Tələbkar, borclu və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 3240/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iddia təmin edilmiş, Borclu tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 466.48 manat ödənilməmiş hissə, 46.52 manat cərimə, xx.xx.2020-cı il müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 95.13 manat ödənilməmiş hissə, 9.87 manat cərimə, xx.xx.2020-ci il müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 65.19 manat ödənilməmiş hissə, 6.81 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 37.42 manat ödənilməmiş hissə, 3.58 manat cərimə borcu olmaqla, ümumilikdə 731 (yeddi yüz otuz bir) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhər Xətai rayon Məhkəməsinin 8(011)-652/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Borclu məxsus “VAZ 2104” minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, , Bakı şəhər Xətai rayon Məhkəməsinin e-2(011)-3240/2022-014 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Tələbkar MMC-nin Xətai rayon İcra şöbəsinə göndərdiyi məktubdan görünür ki, Borclu tərəfindən Tələbkar MMC-nin xeyrinə tutulmalı olan məbləğ ödənildiyi üçün Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3240/2022 saylı xx.xx.2022ci il tarixli icra vərəqəsinin icraatına xitam verilməsi xahiş edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borclu X2 tərəfindən borc ödənildiyindən, icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından və tələbkar təqdimatın təmin edilməsinə etiraz etmədiyindən təqdimat təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-652/2022 saylıxx.xx.2022-ci il tarixli qərardadı ilə borclu X1 məxsus “VAZ 2104” minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 2104” minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar