Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-996/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Borclu, Tələbkarın nümayəndəsi Nümayəndə, İcra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6935/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6935/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )- 6935/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 3444,11 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-841/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin müəvvən etdim hissəsində məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi sikavətə etiraz edərək bildirdi ki, birinci stansiya məhkəməsi is üzrə qətnamə çıxardıqdan sonrada cavabdeh ödəniş davam etdirib və hal-hazırda artıq 1843 manat borc qaldığını bildirmiş, hazır ki şikayətin verilməsində məqsəd yalnız vaxt uzatmaqdır. Nümayəndə apelyasiya şikayətinin təmin olunmamasını xahis etdi. Borclu tərəfindən xx.xx.2021-ci il tarixdə 150 manat. xx.xx.2022-ci il tarixdə 150 manat. xx.xx.2022-ci il tarixdə 100 manat. xx.xx.2022-ci il tarixdə 100 manat. xx.xx.2022-ci il tarixdə 250 manat. xx.xx.2022-ci il tarixdə 250 manat. xx.xx.2023-cü il tarixdə 250 manat. xx.xx.2023-cü il tarixdə 594 manat olmaqla cəmi 1844 manat ödəniş etmişdir. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur.Lakin tələbkar tərəf Bakı Apelyasiya Məhkəməsinin 2(103)-841/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin müəyyən etdim hissəsində göstərilən məbləğin əsaslı olmadığını bildirmiş, borclu tərəf isə ödənişlərini etdiyini Bakı Apelyasiya Məhkəməsinə şikayət verəndə 1843 manat borcu qaldığı üçün Apelyasiya Məhkəməsi qərarın müəyyən etdi hissəsində həmin borc məbləğini göstərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6935/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Borclu 3244,11 manat əsas borc, 200 manat penya borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3474,11 manat məbləğində pul vəsaiti tutularaq Tələbkarnə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-841/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6935/2019 saylı iş üzrə 20 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6935/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 841/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin müəyyən etdim hissəsində məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə çıxardıqdan sonra cavabdeh ödəniş davam etdirib və halhazırda artıq 1843 manat borc qaldığını bildirmiş, hazır ki, şikayətin verilməsində məqsəd yalnız vaxt uzatmaqdır. Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Borclu tərəfindən xx.xx.2011-ci il tarixində 150 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 250manat, xx.xx.2023-cü il tarixdə 594 manat olmaqla, cəmi 1844 manat ödəniş etmişdir. İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Borclu məhkəmə iclasında təqdimata etiraz etməyərək, verdiyi izahatında bildirmişdir ki, icra sənədi ilə tələb edilən borc artıq onun tərəfindən ödənilmişdir. Tələbkarın nümayəndəsi Nümayəndə verdiyi izahatında bildirmişdir ki, cavabdeh rayon məhkəməsində verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən izahatında borclunun 1843 manat borcu qalıb ifadəsini işlətmədiyini bildirməmişdir. İcra məmuru X2 məhkəmə iclasında təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra şöbəsi tərəfində icraata xitam verilməsi barədə qərar qəbul edildiyindən və həmin qərar ləğv edilmədiyindən, yəni icra sənədi üzrə icraat başa çatdığından qətnaməyə izah verilə bilməz. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6935/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-996/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-996/2024
10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver