Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-998/2025 18.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2-(011)- 5488 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 4227.25 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Sözügedən icra sənədinin icrası ilə bağlı tərəfimizdən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Hal-hazırda sözügedən icra sənədi üzrə borclu mövcud borcundan heç bir məbləğdə ödəniş etməmiş və tələbkarın haqlı şikayətinə səbəb olmuşdur. Qeyd olunan məhkəmə qərarlarının icrasını təmin etmək və borclunun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə qərarının icrasından yayınan borclu xx.xx.1967-ci il təvəllüdlü Xətai rayonu Vunq Tau küçəsi ev 2, m 44 qeydiyyatda olan Borclu MMC- nin rəhbəri X1 icra sənədinin icrası təmin olunanadək Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini xahiş etmişdir. İş üzrə icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5488/2025 nömrəli, 26 avqust 2025-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, borclu AİD LANGUAGE CENTER MMC-dən 4227.25 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin 09 oktyabr 2025-ci il tarixli icraata başlamaq haqqında qərarı və icra sənədinin surəti şöbəsinin 09 oktyabr 2025-ci il tarixdə Borclu MMC- nin rəhbəri X3 göndərilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən olan çıxarışlardan müəyyən edilir ki, Borclu MMC-ə məxsus hər hansı daşınar, daşınmaz əmlak növləri aşkar olunmamışdır. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu MMC- nin rəhbəri X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5488/2025 nömrəli, 26 avqust 2025-ci il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5488/2025 nömrəli, 26 avqust 2025-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1967-ci ildə Göyçay rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu MMC- nin rəhbəri X2 ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-998/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-998/2025
18.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver