Məhkəmə qərarları › İş №8(011)-999/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-999/2022

26.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-999/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5264/2019-011 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu daşınar əmlakları üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Tural Rəhimov Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5264/2019-011 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu və X1 2990,4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir, icra sənədi xx.xx.2019-cu il tarixdə Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul olunaraq, sürətli bildirişlə bərabər icra sənədi üzrə Borclu və X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir, belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “BMW 735” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz c240” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz c240” minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillər müəyyən edilmişdir, icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bununla bağlı icra sənədi üzrə Borclu məxsus olan daşınar əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Tərəflərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5264/2019-011 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu və X1 müştərək qaydada sığorta ödənişinin əvəzi olaraq 2960 (iki min doqquz yüz altmış) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik, ümumilikdə 2990 (iki min doqquz yüz doxsan) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərarın surətini imza etməklə almış, bildirmişdir ki, hal-hazırda işsizdir, maddi vəziyyəti aşağıdır, ailəlidir, 2 övladı var, qeyd olunanları nəzərə alaraq hır ay 200 manat ödəməyə şərait yaradılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu adına qara metallik rəngli 1998-ci il buraxılışlı “BMW 735” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli 1998-ci il buraxılışlı “Mercedes Benz C240” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı, yasəmən metallik rəngli 1991-ci il buraxılışlı “Mercedes Benz 190” minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda (10 gün) borclu tərəfindən icra edilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, məhkəmə ödənilməli borcun həcmini (2990,4), müştərəkliyini nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus 1998-ci il buraxılışlı “BMW 735” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C240” minik markalı **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə rədd edilməlidir. Məhkəmə, təqdimatın “Borclu məxsus olan “Mercedes Benz 190” minik markalı **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması” hissəsinə qiymət verərək hesab edir ki, borclunun icra sənədi üzrə borc məbləği, üzərinə həbs qoyulması nəzərdə tutulan daşınar əmlakların ümumi dəyərinə mütənasib deyil, borclunun mülkiyyətində olan avtomobillərin dəyəri iddia tələbinin həcmindən dəfələrlə yüksək olduğuna və məhkəmə tərəfindən həbs qoyulması müəyyən olunan daşınar əmlakların dəyəri məhkəmə sənədinin icrasını təmin etdiyindən, təqdimatda göstərilən borcluya məxsus digər “Mercedes Benz 190” minik markalı avtomobilin üzərinə həbs qoyulması mütənasib deyil və borclunun hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “BMW 735” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C240” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar