Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-999/2025 20.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Borclu iştirakı ilə, Tələbkar Rizavan qızının Bakı şəhər Xətai rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İşin mahiyyəti: Tələbkar Rizavan qızı Bakı şəhər Xətai rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2673/2025 saylı qətnaməsinə əsasən övladı xx.xx.2014-cü il təvəllüdlü X2 Tələbkar yanında qalmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinin Borclu tərəfindən icra edilmədiyinə görə barəsində məcburi icra tədbirlərinin keçirilməsinin üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2673/2025 saylı qətnaməsinə əsasən Tələbkar ilə Borclu arasında olan nikahın pozulması ilə yanaşı birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 ərizəçi Tələbkar yanında saxlanılması və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamədən borclu apellyasiya şikayəti verilmədiyinə görə qətnamə qanuni qüvvəsin aldıqdan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli icra vərəqəsi üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi 2025-ci il tarixli avqust ayı üzrə icra vərəqəsi icra edilsə də, lakin sonradan borclu tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2014-cü il təvəllüdlü X3 ünsiyyət qurmaq adı ilə məktəbdən götürmüş, amma bu günə kimi geri qaytarmamışdır. Borclu tərəfindən Tələbkar qarşı uşaqla ünsiyyət qurmaq tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-360/2025 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Borclu birgə nigah münasibətlərindən doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 ilə həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 12:00-a dək ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Tələbkarın bu barədə xəbəri olmamış, o, yalnız bu barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2673/2025 saylı qətnaməsinin olduğunu bildirdikdə, lakin ona tələbkarın uşaqla ünsiyyət qurmaq barədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-360/2025 saylı qətnaməsi olduğuna görə onlar tərəfindən heç bir hərəkət edə bilmədiklərini bildirmişlər. Tələbkar onlara etirazını bildirirərək bu barədə məlumat olmadığını bildirdikdə, onlar qətnaməni almadığı təqdirdə ərizə ilə məhkəməyə müraciət edib məhkəmə qətnaməsin alıb ondan apellyasiya şikayəti vermək hüququnun olduğunu izah etdikdən sonra tələbkar Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-360/2025 saylı qətnaməsini xx.xx.2025-ci il tarixdə aldıqdan sonra həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Üçüncü şəxs Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi həmçinin Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-360/2025 saylı icra vərəqəsini icra edə bilmədiklərini onunla əsaslandırmışlar ki, xx.xx.2014-cü il təvəllüdlü X4 tələbkara gəlməkdən imtina edir və bu barədə video görüntü vardır və ona görə də icra edilməsindən imtina edilmişdir. Bu səbəbdən də tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2673/2025 saylı qətnaməsi üzrə icra vərəqəsinin cavabdeh tərəfindən icra edilmədiyinə görə məhkəmə qətnaməsinin icrasına nəzarət olaraq şikayət ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin mövqeləri: Borclu məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra qətnaməyə uyğun olaraq alimenti ödəmişdir. Lakin, sonradan xx.xx.2014cü il təvəllüdlü X4 onun yanında qalmaq istədiyini bildirmişdir. Borclu dəfələrlə yetkinlik yaşına çatmayan uşağı tələbkara vermək üçün İcra Şöbəsinə yaxınlaşsa da, Ayan Həsənova özü anasının yanında qalmağı qəti şəkildə istəmədiyini bildirmişdir. Tələbkar kirayə mənzildə yaşayır. xx.xx.2014-cü il təvəllüdlü X4 hazırda borclu ilə birlikdə borcluya məxsus mənzildə yaşayır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkar şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişdir. İcra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2673/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsində 153 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 anası Tələbkar yanında saxlanılması, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq iddaçı Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2673/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə alimentə dair hissədə icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2673/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılaraq, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-360/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Borclu övladı - xx.xx.2014-cü il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 12:00-a dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. Sabirabad Rayon İcra Hakimiyyəti Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixd verilmiş 5-70-14/2-411-2025 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2673/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 anası Tələbkar yanında saxlanılması qət edilsə də, Borclu uşağı anasına vermir, xx.xx.2025-ci il atrixdən uşaq atasının yanındadır. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 87. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Maddə 87.3. İcra hərəkətinin yerinə vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Məhkəmənin mövqeyi: Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd edilməlidir ki, icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə yoxlanılır. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi şikayətçi, icra məmurunun icra sənədi üzrə zəruri icra tədbirlərini həyata keçirməməsindən narazı olduğunu bildirir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2673/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsində 153 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 anası Tələbkar yanında saxlanılması, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddaçı Tələbkar ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə alimentə dair hissədə dərhal icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Tələbkar qətnamənin xx.xx.2014-cü il təvəllüdlü X2 anası Tələbkar yanında saxlanılması hissəsində icra məmuru tərəfindən icra edilmədiyini bildirsə də, iş materiallarından da görünür ki, icra vərəqəsi yalnız xx.xx.2014-cü il təvəllüdlü X1 üçün borcludan alimentin tutulması hissəsində verilmişdir. Belə ki, qətnamə ilə tərəflərin yetkinlik yaşına çatmayan uşağının yaşayış yerinin hər hansı valideynin yanında müəyyən edilməsi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən qətnamə olmadığından, yəni uşağın yaşayış yerini müəyyən edən təsbit qətnaməsi olduğundan, qətnamənin həmin hissəsinə dair məcburi icra hərəkətləri həyata keçirilmir. Qeyd edilənlərdən göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2673/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə yalnız alimentə dair hissədə icraya göndərildiyindən və icra məmuru tərəfindən yalnız icra sənədində qeyd edilən icra tələbi üzrə müvafiq icra tədbirləri aparılmalı olduğundan, xx.xx.2014-cü il təvəllüdlü X2 anası Tələbkar yanında saxlanılmasına dair icra məmurunun hər hansı hərəkətsizliyi qanunsuz hesab edilə bilməz. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Tələbkar Rizavan qızının Bakı şəhər Xətai rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №8(011)-999/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-999/2025
20.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver