Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-101/2022 03.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-186/2021 saylı 22.07.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 01.10.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 170 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qərara alınmışdır. 14.02.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-186/2021 saylı 22.07.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 01.10.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 170 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qərara alınmışdır. Göstərilən icra sənədi 10.08.2021-ci il tarixdə icraata daxil olmuş və “İcraata başlama haqqında” qərar hər iki tərəfə göndərilmişdir. Həmçinin aparılmış icra hərəkətləri nəticəsində iş üzrə Borclu əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilməsi mümkün olan hər hansı bir əmlak və yaxud pul vəsaiti müəyyən edilməmişdir. Belə ki, iş üzrə borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Ona görə də Abşeron rayon Məhkəməsinin 2(012)- 186/2021 saylı 22.07.2021-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, borclunun ona 3910 manat borcu qalmışdır. Məcburi gətirilmə tədbiri tətbiq olunanda fevral ayında borclu 170 manat ödəniş etmiş, lakin sonradan ödəniş etməsinə dair vəd versə də, ödəniş etməkdən yayınmışdır. Hətta borclu Abşeron rayon İcra və Probasiya Şöbəsinin önündən qaçıb getmək istəyəndə onu zorla tutub gətirmişdilər. İcra sənədi üzrə icra məmuru və borclu məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, tələbkarın izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin 10.08.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, Borclu Abşeron rayon Məhkəməsinin 2(012)-186/2021 saylı 22.07.2021-ci il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa şəhərində anadan olmuş, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Borclu borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №8(012)-101/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-101/2022
03.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver