Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-106/2022 15.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Borclu vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Borclu vəkili-nümayəndəsi Vəkil icra işinin dayandırılması barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, ünvan 1əsi əsasında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatında olan icra işinin icraatının həmin qətnamədən verilmiş apelyasiya şikayətinə baxılıb qurtaranadək dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəməyə ərizə ünvanlayaraq, onun vəkili-nümayəndəsi Vəkil icra işinin dayandırılması barədə ərizəsinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, icraatda onun icra məmurunun hərəkətsizliyindən verilmiş şikayət ərizəsi üzrə iş vardır. İcra şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-5776/2021 saylı, 10.11.2021-ci il tarixli qətnaməsi əsasında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatında icra işi dayandırılmışdır. Bu səbəbdən hazırda onun şikayəti üzrə məhkəmənin icraatında olan işə baxılmasına zərurət qalmamışdır. Odur ki, icra işinin dayandırılması barədə ərizəsinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə borclunun vəkili-nümayəndəsini dinləyib, ərizəni tədqiq edərək hesab edir ki, borclunun vəkil-nümayəndəsi icra işinin dayandırılması barədə ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 259.0.11-ci maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və Borclu vəkilinümayəndəsi Vəkil icra işinin dayandırılması barədə ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Borclu vəkili-nümayəndəsi Vəkil icra işinin dayandırılması barədə ərizəsi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-106/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-106/2022
15.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver