Məhkəmə qərarları › İş №8(012)-107/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-107/2022

06.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-107/2022 06.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs icra məmuru X4 iştirakı ilə, Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin mütəxəssis dəvət edilməsi barədə 13.12.2021-ci il tarixli Qərarının ləğv edilməsi, Abşeron rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı 12.07.2019-cu il tarixli icra sənədi üzrə icraatın bu şikayətə baxılana kimi dayandırılması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Borclu MMC-nin 12.04.2019-cu il tarixli, 12T/HR saylı X3 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X1 Borclu MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMC-dən məcburi işburaxmaya görə X1 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq, iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün 23.09.2021-ci il tarixdə Maraqlı şəxsnə icraya yönəldilmişdir. Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC şikayət ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin mütəxəssis dəvət edilməsi barədə 13.12.2021-ci il tarixli Qərarının ləğv edilməsi, Abşeron rayon Məhkəməsinin 2(012)- 2985/2019 saylı 12.07.2019-cu il tarixli icra sənədi üzrə icraatın bu şikayətə baxılana kimi dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs icra məmuru Nicat Ramazani tərəfindən Abşeron rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı 12.07.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X1 işdən çıxarıldığı gündən hazırki günədək orta əmək haqqı məbləğində pul vəsaitini hesablamaqla müvafiq rəy verilməsi üçün mütəxəssisin dəvət edilməsi haqqında 13.12.2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, icraat zamanı X2 ödəniləcək məbləği dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Bununla bağlı mütəxəssisin dəvət edilməsi zərurəti yaranmışdır. Aşağıda qeyd olunanlara görə Borclu MMC hesab edir ki, Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin 13.12.2021-ci il tarixli qərarı əsassız və qanunsuzdur: 1) Belə ki, icra məmurunun qərarında göstərilən “13.12.2021-ci il tarixi” ümumiyyətlə Abşeron Rayon Məhəməsinin 2(012)-2985/2019 saylı 12.07.2019-cu il tarixli icra sənədində qeyd olunmamış və bu tarixi icra məmuru kimsəyə məlum olmayan üsulla müəyyən edərək və eləcə də bu tarixi öz qərarında göstərməklə qanunsuz və əsassız hərəkətə yol vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.4-cü (İcraatın dayandırılmasının mümkün olduğu hallar) maddəsinə görə “icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırıla bilər.” Qanunun 21.2-ci (İcraatın dayandırılması haqqında məsələyə baxılması) maddəsinə görə “Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir.” Müvafiq qanunun tələbində qeyd olunduğu tədbir əvəzinə icra məmuru əsası olmayan 13.12.2021-ci il tarixini (naməlum tarix) hansısa səhv mülahizələrə görə işə bərpa tarixi kimi müəyyən etməklə qanunun tələbini pozmaqla qərar qəbul etmişdir. 2) Bundan başqa, Borclu MMC tərəfindən icra məmuruna icra sənədinin icrasını çətinləşdirən məqamların çözülməsi və bu məsələlərə müvafiq aydınlıqların gətirilməsinə dair verilmiş vəsatət və müraciətləri ümumiyyətlə cavabsız qalmaqda davam etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 16.1-ci (İcra hərəkətlərinin təxirə salınması) maddəsinə görə “İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır. 3) İcra məmurunun qərarında əmək haqqı üzrə dövrləri və məbləğləri, habelə Mehriban Tağıyevanın sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirləri göstərilməmişdir ki, bu da öz növbəsində məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının müəyyən edilməsi barədə sualının düzgün tərtib edilməməsinə səbəb olmaqla məcburi iş buraxma dövründə digər işəgötürənlərdən əmək haqqı fərqi, habelə bütün dövr üçün digər fəaliyyətlərdən (məsələn, məcburi iş buraxma zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olma) əldə edilən gəlirin nəzərə alınmaması ilə nəticələnmişdir. 4) İcra məmurunun Qərarında göstərilən məsələni həll edə biləcək müvafiq sahə üzrə kifayət qədər ixtisaslı mütəxəssisin Əmək Müfəttişliyi tərəfindən müəyyən edilməsinə dair bənd göstərilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci (Ekspert və ya mütəxəssisin cəlb edilməsi) maddəsinə görə, “İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər.” Qanunun 41.6-1-ci maddəsinə görə, “Mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.” Göründüyü kimi, qanunun tələbinə görə mütəxəssis məhz iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün cəlb edilə bilər və məlum olduğu kimi də icra sənədində qeyd olunan işə bərpa tarixi müəyyən edilmədiyinə görə (faktiki baş verməyən hal) də bu müddətin icra məmuru, mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilə bilməz və elə buna görə də qərarda göstərilmiş müvafiq dövr üçündə hesablamanın icrası da mümkünsüzdür. Həmçinin, hazırki vəziyyətdə müvafiq müddət üçün orta əmək haqqı məbləğinin hesablanması da mümkün deyildir. Bildirir ki, Maraqlı şəxs mütəxəssisin dəvət edilməsi haqqında qərarında iş üzrə mütəxəssis qismində dəvət ediləcək olan şəxsin adı, soyadı, vəzifəsi qeyd edilməmiş, bu hal borclunun mütəxəssisə etiraz etmək hüququnu məhdudlaşdırır. İcra məmurunun mütəxəssis qismində dəvət etdiyi şəxs konkret fiziki şəxs olmalıdır. Onun zəruri biliklərə, bacarıqlara malik olması, işdə şəxsi marağının olmaması, etiraz üçün digər əsasların olmaması qabaqcadan yoxlanılmalıdır. İcra məmuru bunların heç birini etməmişdir. Onun qəbul etdiyi qərarda yalnız onun məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə məlumat üçün göndərilir. Beləliklə, qərarda dəvət olunan mütəxəssisin adı, soyadı, atasının adı, təhsili, iş təcrübəsi haqqında heç bir məlumat yoxdur. İcra məmuru həmin qərarı borcluya göndərməmişdir. Qərarın özündə qeyd edildiyi kimi, o, yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə və Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bununla da borclunun hüquqları pozulmuşdur. Borclunun sorğusundan sonra yalnız 10.02.2022-ci il tarixdə həmin qərarın surəti borcluya təqdim edilmişdir. X1 əmək fəaliyyəti və əmək haqqı barədə məlumatların təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlanmış 07.02.2022-ci il tarixli, KVB07 nömrəli sorğuya cavab olaraq 11.02.2022-ci il tarixli, **********1 nömrəli məktubla bildirilmişdir ki, “X1 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemə daxil edilmiş əmək müqaviləsi barədə məlumatlar təqdim edilmiş, həmin məlumatlarda qeyd olunmuşdur ki, X3 ilə "xxxx" MMC arasında 09.12.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə 15.09.2020-ci il tarixdə xitam verilmiş, 1K4CXSH0003X0 nömrəli bildirişlə sistemə daxil edilmişdir. Daha sonra, X3 ilə "xxxx" MMC arasında 02.11.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və həmin müqavilə hal-hazırda qüvvədədir. X1 işdən çıxarıldığı gündən hazırki günədək orta əmək haqqı məbləğində pul vəsaiti hesablanan zaman onun "xxxx" MMC və "xxxx" MMC-də əmək haqqı məbləğləri müəyyənləşdirilməli və onun Borclu MMC-dəki əmək haqqının məbləğindən çıxılmalıdır. Lakin icra məmuru tərəfindən qərar qəbul edilərkən Mehriban Tağıyevanın bu müddət ərzindəki əmək fəaliyyəti və əmək haqqı nəzərə alınmamış, mütəxəssisə yalnız borcludan ala bilmədiyi əmək haqqının hesablanması tapşırılmışdır. Bu fakt bir daha icra məmurunun qərarının əsassız və qanunsuz olduğunu sübut edir. Hesablamaların bu qaydada aparılması qanunsuzdur və borclunun hüquqlarını pozur. Ona görə də göstərilənlərə əsasən şikayətin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X6 şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)- 2985/2019 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədi üzrə tələbkara orta əmək haqqının ödənilməsi nəzərdə tutulduğundan həmin ödənişin dəqiq məbləğinin müəyyən edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də mütəxəssisin dəvət edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilmişdir. Həmin qərarda konkret olaraq hansı mütəxəssisin dəvət edilməsi barədə qeyd nəzərdə tutulmur. Qeyd edir ki, Müfəttişlik tərəfindən hazırki iş üzrə ayrılmış mütəxəssisin zəruri sənədlərə baxış keçirilməsinə borclu tərəfindən şərait yaradılmamışdır. Ona görə də borclunun şikayətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, şikayətə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Maraqlı şəxs 13.12.2021-ci il tarixli mütəxəssisin dəvət edilməsi barədə qərarından və həmin tarixli 17/75-1987/4N saylı bildirişindən görünür ki, Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən Borclu MMC-nin 12.04.2019-cu il tarixli, 12T/HR saylı X3 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilməli, X3 Borclu MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməli, Borclu MMC-dən məcburi işburaxmaya görə X1 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pul alınaraq, iddiaçı X2 verilməlidir. İcra icraatı zamanı X2 ödəniləcək məbləği dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Bununla bağlı mütəxəssisin dəvət edilməsi zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, 12.07.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X1 işdən çıxarıldığı gündən hazırkı günədək (yəni mütəxəssisin dəvət edilməsi barədə qərarın tarixi 13.12.2021-ci ilədək) orta əmək haqqı məbləğində pul vəsaitini hesablamaqla müvafiq rəyin verilməsi qərara alınmış və qərarın surətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə və məlumat üçün tərəflərə və aidiyyəti məhkəməyə göndərilməsi qərara alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən, Borclu MMC-nin 12.04.2019-cu il tarixli, 12T/HR saylı X3 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X1 Borclu MMCdə Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMC-dən məcburi işburaxmaya görə X1 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq, iddiaçı X2 verilməsi qərara alınmışdır. Sözügedən məhkəmə aktı əsasında tələbkara ödənilməli olan pul vəsaitinin məbləğinin dəqiq şəkildə müəyyən edilməsi mümkün olmadığından icra sənədi üzrə icra məmuru tərəfindən mütəxəssisin dəvət edilməsi barədə qərar qəbul edilmişdir. İcra sənədi üzrə ərizəçi-borclu hazırda həmin qərarın ləğv edilməsinə dair şikayət ilə məhkəməyə müraciət etmişdir. Şikayətə əlavə olunmuş Abşeron rayon İcra şöbəsinin icra məmuru N.O.Ramazani tərəfindən qəbul olunmuş qərardan göründüyü kimi, Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən tələbkara ödənilməli olan pul vəsaitinin məbləğində qeyri-müəyyənliyin yaranması həmin proses üzrə xüsusi bilik təşkil edən və buna cavab verməli olan mütəxəssisin iştirakını zəruri etmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsi istiqamətində borclu tərəfindən tələbkara ödənilməli olan orta əmək haqqının məbləğinin müəyyən edilməsi çətinlik doğurduğundan və bu çətinliyin aradan qaldırılması həmin sahə üzrə xüsusi biliyə malik olan mütəxəssis tərəfindən həyata keçirildiyindən icra məmuru haqlı olaraq mütəxəssisin dəvət edilməsi və həmin qərarın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməsi barədə Qərar qəbul etmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, icra sənədi üzrə borclu icra məmuru tərəfindən qəbul edilmiş qərarda hansı mütəxəssisin ayrılması, mütəxəssisin adı, soyadı və ata adının ayrılması barədə qeydlərin aparılmamasının həmin qərarın qüsurlu tərtib edilməsinin göstəricisi olması ilə əsaslandırsa da, göstərilən hallar qərarın ləğv olunması üçün əsas deyildir. Belə ki, icra haqqında qanunda mütəxəssisin dəvət edilməsi barədə qərardadda mütəxəssisin adı, soyadı qeyd edilməklə şəxsən mütəxəssisin dəvət edilməsi kimi hər hansı bir norma yoxdur. İcra məmuru tərəfindən mütəxəssisin dəvət edilməsi üçün hər hansı bir müafiq orqana müraciət edilməsi və həmin orqanın rəhbərliyi tərəfindən mütəxəssisin işə cəlb edilməsi, qanun pozuntusu deyil, həmin orqanların daxili qaydalarına və təlimatına uyğun olan hərəkətlərdir. İcra haqqında Qanunun: 40.1. maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. 40.2. maddəsinə əsasən mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. 42.1. İcra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər. Qanunun normasından məlum olduğu kimi mütəxəssis işə cəlb edildikdən sonra icra məmuru, tərəflərin iştirakı ilə mütəxəssis rəyi almalı və yaxud mütəxəssisə etiraz edilərsə etiraz məsələlərini həll etməlidir. Beləliklə məhkəmə, ərizəçi-borclunun təqdim etdiyi şikayət ərizəsində göstərilmiş dəlilləri araşdıraraq belə qənaətə gəlir ki, icra sənədi üzrə icra məmuru tərəfindən qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyindən və onun ləğv olunması üçün əsaslar olmadığından şikayət təmin edilməməli və eyni zamanda şikayət təmin edilmədiyindən Abşeron rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(012)- 2985/2019 saylı icra sənədi üzrə icraat dayandırılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin Maraqlı şəxs icra məmuru Nicat Ramazaninin mütəxəssis dəvət edilməsi barədə 13.12.2021-ci il tarixli Qərarının ləğv edilməsi, Abşeron rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı 12.07.2019-cu il tarixli icra sənədi üzrə icraatın bu şikayətə baxılana kimi dayandırılması barədə şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar