Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-109/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1948/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Tələbkar ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1948/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ASC şikayət ərizəsi ilə məhkəməyə vermiş olduğu şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1948/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclu X1 Tələbkar ASC-nin xeyrinə 2177,47 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmiş və icra sənədi icra olunması üçün Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə əmri üzrə borclu S.Rəcəbəliyevin hazırki tarixə qalıq borcu 1616,37 manat təşkil edir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2, 45.6, 45.8, 50 və 80-ci maddələrində qeyd olunan məcburi icra tədbirlərinin həyata keçirilmədən və borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət edilmədən geri qaytarılması bildirilmişdir. Məhkəmə iclasın yeri və vaxtı haqqında Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq icra və probasiya şöbəsinin nümayəndəsi və ərizəçinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu X2 barəsində çıxarılmış Abşeron Rayon Məhkəməsinin 2(012)-1948/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İş materiallarında olan Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,cavabdeh S.Rəcəbəliyevin TələbkarASC-yə 1616,37 manat qalıq borcu vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 45.8-ci maddısinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Tələbkar ASC-nin şikayət ərizəsinə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə Abşeron rayon İcra və Probasiya şöbəsinə əvvəlcədən məlumat verilsə də həmin şöbənin heç bir nümayəndəsi məhkəmə iclasına gəlməmiş, o cümlədən məcburi icra tədbirlərinin həyata keçirilməsi və borclunun əmlak vəziyyətinin yoxlanmasına dair hər hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə iş materialında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizəçi Tələbkar ASC-nin şikayət ərizəsi təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1948/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarı ləğv edilməli və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1948/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-109/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-109/2023
20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver