Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-11/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-1112/2019 saylı, 19 fevral 2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-1195/2019 saylı, 04 mart 2019-cu il tarixli qətnamələrinin izah edilməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Şəmmədovun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1112/2019 saylı, 19 fevral 2019-cu il tarixli icra sənədinə əsasən, 31 iyul 2015-ci il tarixdə anadan olmuş X1 və 04 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq, Tələbkar xeyrinə verilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1195/2019 saylı, 04 mart 2019-cu il tarixli icra sənədinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar Nərman qızına verilməsi qərara alınmışdır. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Şəmmədov ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1112/2019 saylı, 19 fevral 2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-1195/2019 saylı, 04 mart 2019-cu il tarixli icra sənədlərindən hansı üzrə aliment tutulmasının davam etdirilməsi üçün izah verilməsini məhkəmədən xahiş etmişdir. Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramiz Şəmmədov ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon məhkəməsinin 2(012)-1112 saylı, 19 fevral 2019-cu il tarixli icra sənədinə əsasən Borclu İlqar və Kərim adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat aliment pulu alınıb Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. 28 mart 2019-cu il tarixdə isə Borclu İlqar və Kərim adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat aliment pulu alınıb Tələbkar xeyrinə ödənilməsi barədə Abşeron rayon məhkəməsinin 2(012)-1195 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi Şöbənin icraatına daxil olmuşdur. Borclu aliment ödənişini Abşeron rayon məhkəməsinin 2(012)- 1195 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yəni hər ay hər uşağa 130 manat olmaqla, 260 manat olmaqla tələbkara ödəmişdir. Tələbkar isə borclunun hər ay 320 manat aliment pulu ödəməsi ilə bağlı Abşeron rayon məhkəməsinin 2(012)-1112 saylı, 19 fevral 2019-cu il tarixli icra sənədinin icrasının təmin olunmasını tələb edir. Belə olan halda Abşeron rayon məhkəməsinin 2(012)-1112 saylı, 19 fevral 2019-cu il tarixli və 2(012)-1195 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin hansının icrasını davam etdirilməsinə izah verilməsinə zərurət yaranmışdır. “İcra Haqqında” qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, əvvəlcə Abşeron Rayon Məhkəməsinin 2(012)-1112/2019 saylı, 19 fevral 2019-cu il tarixli, daha sonra isə Abşeron Rayon Məhkəməsinin 2(012)-1195/2019 saylı, 04 mart 2019-cu il tarixli qətnaməsi qəbul edilmişdir. Sonuncu qətnamə ilə 2 uşağa görə cəmi 260 manat alimentin tutulması qət edilmişdir. Odur ki, 2019-cu ildən bəri qalan aliment borcunun ona ödənilməsini xahiş edir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1112/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən, 31 iyul 2015-ci il tarixdə anadan olmuş X1 və 04 iyun 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq, Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Daha sonra isə Abşeron Rayon Məhkəməsinin 2(012)-1195/2019 saylı, 04 mart 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2015ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar Nərman qızına verilməsi qət edilmişdir. Beləliklə işin faktiki hallarından göründüyü kimi sonuncu məhkəmə aktı Abşeron Rayon Məhkəməsinin 2(012)-1195/2019 saylı, 04 mart 2019-cu il tarixli qətnaməsi olduğundan, həmin qətnamə üzrə icra hərəkətləri davam etdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1195/2019 saylı, 04 mart 2019-cu il tarixli icra sənədi üzrə alimentin tutulması ilə bağlı icra hərəkətləri davam etdirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-11/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-11/2023
17.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver