Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-110/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-5400/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Tələbkar ASCşikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5400/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi haqqında” qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ASC şikayət ərizəsi ilə məhkəməyə vermiş olduğu şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5400/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu iddiaçı Tələbkar ASC-nin xeyrinə 5549,08 manat kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmiş və icra sənədi icra olunması üçün Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə əmri üzrə Borclu hazırki tarixə qalıq borcu 4332,04 manat təşkil etməsinə baxmayaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Borclu məhkəmə iclasında izahat verərək məhkəmə əmri üzrə yaranmış borcdan ödənişlər etsə də bank tərəfindən əsas borcdan deyil faizdən silinidiyini, bununla əlaqədar Tələbkar ASC-yə getsə də onun borcunu azaltmadıqlarını, onun borcununun Prezidentin fərmanının təsir dairəsinə düşərək silindiyini bildirdi. Məhkəmə iclasın yeri və vaxtı haqqında Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq icra və probasiya şöbəsinin nümayəndəsi və həmçinin ərizəçinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/xx-xx/2023K saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Borclu barəsində çıxarılmış Abşeron Rayon Məhkəməsinin 2(012)-5400/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,cavabdeh S.Rəcəbəliyevin TələbkarASC-yə 4332,04 manat qalıq borcu vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda iş üzrə icraata xitam verilir. Həmin məcəllənin 20.2-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Tələbkar ASC-nin şikayət ərizəsinə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə Abşeron rayon İcra və Probasiya şöbəsinə əvvəlcədən məlumat verilsə də həmin şöbənin heç bir nümayəndəsi məhkəmə iclasına gəlməmiş, o cümlədən iş üzrə icraata xitam verilməsinə əsas olan hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materialında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizəçi Tələbkar ASC-nin şikayət ərizəsi təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-5400/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5400/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-110/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-110/2023
20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver