Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-112/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu2 iştirakı ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, X4 və Borclu2 5512,30 ABŞ dolları və 41 manat məbləğində borcun müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Tələbkar "xxxx" ASC Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, X1 və Borclu2 5512,30 ABŞ dolları və 41 manat məbləğində borcun müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi əsassız qəbul edildiyi üçün ləğv edilməsi xahiş edilmişdir. Cavabdehlər X2 və Borclu2 borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il Fərmanının təsir dairəsinə düşməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 20.5-ci bəndinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı üzrə icraata xitam verilmə barədə məktub Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində tələbkara təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Fəqan Murtuzayevin icraata xitam verilmə haqqında xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Borclu2 məhkəmə iclasında izahat verərək əsas borclu X3 vəfat etdiyini bildirdi. Tələbkar tərəf və icra məmuru məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, X1 və Borclu2 5512,30 ABŞ dolları və 41 manat məbləğində borcun müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanının təsiri altına düşməsi göstərilmişdir. Cavabdehlərin kredit müqaviləsi üzrə borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il Fərmanına uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış siyahıya düşməmişdir. Kreditin restruktruzasiya olunması təklif olunan kreditlər siyahısına aid edilmədiyi və kredit üzrə borc məbləği qaldığının bilindiyi halda icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxıı: qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 5. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 6. icra sənədi tam icra olunduqda. Belə ki, yuxarı göstərilənləri və xitam əsaslarının olmadığını nəzərə alaraq Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. İş materialında olan qalıq borc barədə arayışdan görünür ki, sözügedən kredit müqaviləsi üzrə 2650.84 ABŞ dolları məbləğində qalıq borc qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3442/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-112/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-112/2023
20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver