Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-115/2023 31.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İcra sənədi üzrə tələbkar "xxxx" ASC-nin qətnaməyə düzəliş edilməklə icra qurumuna göndərilməsi barədə ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İcra sənədi üzrə tələbkar "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(012)-859/2014 saylı qətnaməsinə müvafiq düzəlişlər edilməklə İcra və Probasiya Şöbəsinə qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(012)-859/2014 saylı qətnaməsinə əsasən cavabdehlər Borclu1, X1 və Borclu2 iddiaçı Tələbkar ASC-nin xeyrinə 333,04 ABŞ dollan məbləğində borc məbləğinin və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İcra sənədi icra edilməsi üçün aidiyyət üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. Göstərilən icra sənədi üzrə Tələbkar ASC tərəfindən Abşeron rayon İcra və Probasiya Şöbəsində həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirməsilə bağlı xx.xx.2023-cü il tarixində müraciət ünvanlanmış, Şöbənin 17/xx-xx/2023-K saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 7-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar Tələbkar ASC-yə təqdim olunmamışdır. Göstərilən icra sənədi məhkəməyə geri qaytarılsa da, yol verilmiş pozuntular aradan qaldırılmamışdır. Bu isə Abşeron Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(012)-859/2014 saylı qətnaməsinin icra olunmamasına, cavabdehlərin məhkəmə qətnaməsinin icrasından yayınmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75- 25/2023-K saylı, xx.xx.2023-cü il tarixli müraciətinə əsasən Abşeron Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(012)-859/2014 saylı qətnaməsinin məhkəməyə geri qaytarılması təsdiq olunur. Lakin hazıradək həmin qərar tələbkara təqdim olunmadığından müraciətə əlavə olunması mümkün olmamışdır. Tələbkar ASC tərəfindən işin icrası vəziyyətilə bağlı əvvəlki tarixlərdə də Abşeron rayon icra şöbəsinə müraciət olunmuş, həmin müraciətə icra qurumu tərəfindən münasibət bildirilməmişdir. 19 yanvar 2023-cü il tarixinə Abşeron Rayon Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(012)-859/2014 saylı qətnaməsi üzrə cavabdehi ərin banka borcu 263,79 ABŞ dolları və 20 manat təşkil edir. Buna görə də həmin qətnaməyə düzəliş edilməklə icra qurumuna göndərilməsi barədə göstəriş verilməlidir. Tələbkarın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, tələbkar "xxxx" ASC məhkəmədən qətnaməyə düzəliş edilməklə icra qurumuna göndərilməsi barədə göstəriş verilməsini xahiş etsə də, icra qurumunun hər hansı qərarının ləğv edilməsini, icra sənədi üzrə hansı hərəkətlərin edilməsini göstərməmiş, icra icraatı ilə bağlı tələbini konkretləşdirməmişdir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin qətnaməyə düzəliş edilməklə icra qurumuna göndərilməsi barədə ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İcra sənədi üzrə tələbkar "xxxx" ASC-nin qətnaməyə düzəliş edilməklə icra qurumuna göndərilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-115/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-115/2023
31.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver