Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-118/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Abşeron Rayon Məhkəməsinin 2(012)-5649/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə düzəliş edilməklə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmasına dair ərizəni nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Tələbkar ASC ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5649/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə düzəliş edilməklə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmasını xahiş etmişdir. Ərizəçi Tələbkar ASC ərizəsində göstərdiyi tələbi onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5649/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar ASC-nin xeyrinə 725,18 manat borc məbləğinin tutulması əmr edilmiş və icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Abşeron Rayon İcra və Probasiya Şöbəsindən alınmış 17/xxxx/2023K saylı, xx.xx.2023-cü il tarixli məktubda həmin icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün məhkəməyə qaytarıldığı göstərilsə də bu lakin bu barədə tələbkara məlumat verilməmişdir. Ərizədə hazırkı müddətə kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-5649/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin icrasız qaldığı bildirilmiş və həmin icra sənədinin müvafiq düzəlişlər edilməklə icraya yönəldilməsi xahiş edilmişdir. Məhkəmə iclasın yeri və vaxtı haqqında Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq icra və probasiya şöbəsinin nümayəndəsi və həmçinin ərizəçinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/xx-xx/2023K saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Borclu barəsində çıxarılmış Abşeron Rayon Məhkəməsinin 2(012)-5649/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən geri qaytarılmışdır. İş materiallarında olan Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,cavabdeh Borclu TələbkarASC-yə 725,18 manat qalıq borcu vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Həmin qanunun 9.2-ci maddəsinə əsasən icra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. Həmin qanunun 9.4-cü maddəsinə əsasən yol verilmiş pozuntular üç gün müddətində aradan qaldırılmalı və həmin icra sənədi yenidən icra məmuruna göndərilməlidir. İş materialına əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru sözügedən məhkəmə əmrini geri qaytardıqdan sonra tələbkara məlumat verməmiş, o cümlədən icra sənədini vermiş məhkəmə tərəfindən yol verilmiş pozuntular aradan qaldırılmayaq yenidən icraya yönəldilməmişdir. Məhkəmə iş materialında olan sənədləri tədqiq edərək hesab edir ki, Ərizəçi Tələbkar ASC-nin etibarnamə üzrə nümayəndəsi İsa Kərimin şikayət ərizəsi təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-5649/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun şəkildə müvafiq düzəlişlər edilməklə Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5649/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə müvafiq düzəlişlər edilməklə Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-118/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-118/2023
20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver