Məhkəmə qərarları › İş №8(012)-12/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-12/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-12/2025 21.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Borclu nümayəndəsi Nümayəndə iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5016/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən Borclu barəsində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiq edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5016/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Səttar-zadə Leyla Nazim qızı, Dadaşov MirNazim Allahverən oğlu, X3 və X1 cəmi 5.095,68 manat məbləğində borc və 20 manat dövlət rüsumu müştərək qaydada tutularaq “X6 Azərbaycan” QSC-yə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. Lakin icra sənədinin icrası hazırkı vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən borclu X2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 7 nömrəli evin (reyestr nömrəsi: **********03-10301) olması müəyyən edilmişdir. Belə olan halda borclu X3 barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi Nümayəndə təqdimata etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. O, bildirdi ki, işlə bağlı Mərkəzi Bankda araşdırma gedir. Nəsimi rayonunda məhkəmədə iş gedir və Mərkəzi bankda olan araşdırmaya görə həmin işi baxılmamış saxlatmışlar. Onlar qətnamədən sonra da ödənişlər etmişlər. Mübahisəli borc restruktizasiyaya düşməsinə baxmayaraq, bank tərəfindən fərmana əməl edilməmişdir. Təqdimat təmin edilərsə borclunun hüquqları qanunsuz olaraq məhdudlaşdırılacaq. Borclunun heç bir borcu yoxdur. İclas 10 gün gec təyin edilsə idi o, Mərkəzi Bankdan sənəd təqdim edəcəkdi. Nəsimi məhkəməsində olan iclasların heç birinə də gəlməyiblər. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə tələbkar və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. AR Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları” haqqında Təlimatın 2.2.3-cü bəndinə əsasən borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.3.5-ci bəndinə əsasən tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. İş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5016/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi barədə hər hansı mötəbər sübut yoxdur. İcra sənədinə əsasən yaranmış borcun təmin edilməsi məqsədilə icra məmuru “İcra haqqında” Qanunun 45.1-ci maddəsində göstərilən tədbirlər görmək əvəzinə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat vermiş, bununla da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi operativ şəkildə icra edilməmişdir. Başqa sözlə, icra məmurunun hazırki təqdimatı kifayət qədər əsaslandırılmamışdır. Hazırda bu təqdimatın təmin edilməsinə heç bir zərurət yoxdur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar