Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-125/2025 25.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4519/2024 saylı qətnaməsinin izah edilməsi barədə Abşeron Rayon Qeydiyyat Şöbəsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-262/2024 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.1983-cü il təvəllüdlü Borclu, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Abşeron Rayon Qeydiyyat Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)-4519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi icra olunması üçün Abşeron rayon qeydiyyat şöbəsinə daxil olmuşdur. Qətnamənin nəticə hissəsində "xx.xx.1974-cü il təvəllüdlü Borclu xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011ci il təvəllüdlü X2 atası olması faktı müəyyən edilsin” qeyd edilmişdir. Qətnamənin nəticə hissəsində atalıq müəyyən edildikdən sonra uşaqların soyadının və ata adının, atanın soyadına və ata adına uyğun olaraq dəyişdirilməsi və ya dəyişdirilməməsi barədə qeyd olmadığından qətnamənin icrası mümkün olmamışdır. Qeyd edilənlərlə bağlı olaraq, qətnamənin şərh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər və ərizə verən orqan qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq olunmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə qətnaməyə izah verilməsi ilə bağlı qeyd edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-262/2024 saylı qətnaməsində uşaqların atalıq faktının müəyyən edilməsi aydın, səlis, başadüşüləcək qaydada göstərilmişdir. Məhkəmə qətnaməni, verilmiş tələblər üzrə qəbul edir. Tələbdən kənara çıxmaqla qətnamə qəbul edilə bilməz. Beləliklə mövcud qətnamədə ziddiyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Qeydiyyat Şöbəsinin Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4519/2024 saylı qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-125/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-125/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver